Siyasət

Ceyhun Bayramov “Türk Dünyasında İnstitutlaşma” panelində çıxış edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən […]

Siyasət

“Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub – FOTO

Bakıda “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı keçirilib. “Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan və “Qarabağ” Futbol Klubundan bəhs edən filmin təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər. […]

Siyasət

Berlindən sonra səkkiz kənd: Mövcud variant – ŞƏRH

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Berlindəki görüşündən sonra iki ölkənin nəyə hazırlaşdığı maraq doğurur. Azərbaycanın Ermənistanın xeyrinə edə biləcəyi əsas hərəkət İrəvanı sülh və təhlükəsizlik adasına çəkmək, öz şərtlərini İrəvana qəbul etdirib ona müəyyən zəmanətlər verməklə yekunlaşa bilər. Ermənistan isə kompromis kontekstini Bakının genişmiqyaslı tələbləri əsasında qura bilər və yəqin […]

Siyasət

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni TƏYİNAT

Türkiyənin Azərbaycandakı səfirliyinə mətbuat üzrə yeni müşavir təyin olunub. “Report” xəbər verir ki, bu vəzifə Alptekin Cihangir İşbilirə tapşırılıb. C.İşbilir bildirib ki, 10 gündən sonra Bakıya gələcək və vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Cihangir İşbilir Türkiyənin “Anadolu” İnformasiya Agentliyinin Xəbər Akademiyasının müdiri vəzifəsində çalışıb. Bundan öncə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri Hüseyn Altınalan olub. O, fəaliyyətini […]

Siyasət

Azərbaycan XİN başçısı: “Beynəlxalq sistem çökür, regional əməkdaşlığa ehtiyac var”

“Regional əməkdaşlığa indi daha çox ehtiyac var”. “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür: “Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan […]

Siyasət

Azərbaycanın Avrasiyada oynadığı rol və yaşıl “yol” – ŞƏRH

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Azərbaycan enerji siyasəti sahəsində etibarlı tərəfdaş statusu qazanıb. Azərbaycanın etibarlı olması isə regionun enerji təhlükəsizliyinə töhfə verir. İlham Əliyev […]

Siyasət

Yunanıstanın baş naziri İlham Əliyevi təbrik edib

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. President.az-ın xəbərinə görə, məktubda deyilir: “Prezident seçkisindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə […]

Siyasət

Yerli Fəaliyyət Koordinasiya Təşkilatı korsikalılara dəstək kommünikesi yayıb – FOTO

“Yerli Fəaliyyət Koordinasiya Təşkilatı (CCAT) “Nazione” Partiyasına, Azad Korsika hərəkatına, Korsika Milli Azadlıq Cəbhəsinə (FLNC), bütün korsikalı qardaş və bacılarına böyük dəstək vermək istəyir. Hər şeydən əvvəl, Santa Maria di Lottadakı hadisəyə görə yanvarın 30-da polis tərəfindən saxlanılaraq həbs edilmiş Anto Simoni və Nikolas Pinzuti korsikalı fəallara böyük dəsətəklərini ifadə edirlər”. AZƏRTAC xəbər verir ki, […]

Siyasət

Türkiyənin Bakıdakı səfirliyinə media üzrə müşavir təyin olundu

 Türkiyənin Azərbaycandakı səfirliyinə yeni media üzrə müşavir təyin olunub. Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilib. Cihangir İşbilir bundan əvvəl Türkiyənin “Anadolu” informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu il oktyabrın 11-dən […]