Siyasət

Nazirliyin vəzifəli şəxsinin şirkəti ləğv olundu – FOTO

Azərbaycanda 16 illik şirkət ləğv olunub. Ölkə.az-ın məlumatına görə, “Allure” MMC ləğv olunub. Şirkət 09.07.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 102-dir. Qeyd edək ki, “Allure” MMC-nin qanuni təmsilçisi Eşqi Cəfər oğlu Bağırovdur. Mediada şirkət sahibinin  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər […]

Siyasət

Xankəndiyə polis rəisi təyin edildi

Polis palkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Oxu.Az xəbər verir ki, Bununla bağlı Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qeyd edək ki, Zaur Nəsirov göygöl rayon polis idarəsinin rəisi vəzifəsində çalışıb. Xeberal.az

Siyasət

Azərbaycanda deputata mənzil hədiyyə edildi

Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addım atılıb. Gununsesi.info-nun xəbərinə görə, deputata Bakı şəhərinin mərkəzindən dördotaqlı mənzil hədiyyə olunub. Qeyd edək ki, bundan əvvəl Əziz Ələkbərlinin rəhbəri olduğu icmaya da müasir ofis binası verilib. Xeberal.az

Siyasət

Pakistan demokratiya sınağı ilə üz-üzə: İslam respublikasının nicatı həmrəylikdədir – ŞƏRH + FOTO

Pakistanda ötən həftə keçirilən parlament seçkisinin nəticələri açıqlanıb. Keçmiş baş nazir, hazırda həbsxanada olan İmran Xanın başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, parlamentin Aşağı Palatasında – Milli Assambleyadakı 336 yerdən 96-sını bu partiya qazanıb, 101 yeri müstəqil namizədlər tutublar. 75 yeri Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlmanlar Liqası, […]

Siyasət

Politoloq: “Ermənistan eksklavların Azərbaycana qaytarılması məsələsini ciddi götür-qoy edir”

“Ermənistan eksklavların Azərbaycana qaytarılması məsələsini ciddi götür-qoy edir”. Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ərazi anlayışlarının Ermənistan SSR-in ərazisi ilə üst-üstə düşdüyünü deməklə öz cəmiyyətini eksklavların Azərbaycana qaytarılmasına hazırlaşdırır: “Biz bunu keçmişdə də görmüşük. Ola bilsin ki, Paşinyanın bu çıxışı müəyyən addımlar üçün qabaqlayıcı tədbir rolunu oynayır […]

Siyasət

Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu barədə President.az xəbər verir. Məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram. Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə […]

Siyasət

Rusiya telekanalında Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı süjet – VİDEO

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. İlk dəfə olaraq, seçki respublikanın bütün ərazisində, o cümlədən 2023-cü ilin sentyabrında nəzarətin bərpa edildiyi Qarabağda baş tutdu. Oxu.Az-ın məlumatına görə, Rusiyanın “360” telekanalının müxbiri Eldar Rəhimov Bakıda olub və səsvermənin necə keçirildiyi barədə süjet hazırlayıb. O, küləklər şəhəri Bakını təkcə Azərbaycanın paytaxtı deyil, həm də bütün Cənubi […]

Siyasət

Azərbaycan Ermənistanı görünməmiş stresə məruz qoya bilər – TƏHLİL

Azərbaycanla Ermənistan arasındakı danışıqlar və əldə edilən hər hansı irəliləyiş sülh gündəliyinin hansı məsafədə olmasını təyin edir. Məsafə isə qaldıqca ortaya başqa problemlərin çıxması qaçılmaz olur. Bu, hələ sülh proqramı ilə bağlı müqəddimədə yaranan problemlərin məcmusudur, daxilə endikcə hər detal üzrə mürəkkəbliklər çılpaqlığı ilə üzə çıxacaq. Çünki sülhün necəliyinə dair Azərbaycanla Ermənistanın məntiqləri fərqlidir: – […]

Siyasət

Denis Denisov: “Erməni cəmiyyətinin bir hissəsi Rusiyanın ermənipərəst mövqe tutacağını gözləyirdi” – MÜSAHİBƏ

Son bir neçə ayda Rusiya, Ermənistan və digər ölkələrin mətbuatı tez-tez Rusiya-Ermənistan münasibətlərinin möhkəmlik baxımından sınaqdan keçirildiyini yazır. Bu tezis Ermənistanın Rusiyanın əsas rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə də aiddir. İrəvanda KTMT-yə qarşı ictimai hücumlar və tənqidlər davam edir, bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bu barədə danışıb. […]

Siyasət

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar […]