Siyasət

Qondarma rejimin izləri Xankəndidən silinir – ŞƏRH

Xankəndidə separatçıların vaxtı ilə tikdirdiyi “parlament” binası sökülür. Qeyd edək ki, həmin tikili erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilirdi. Həmin tip binaların heç bir tarixi əhəmiyyəti yoxdur. Həm də o bina regionda separatçılığın mirası idi. İndi həmin bina sökülürsə, bu, regionun separatçılardan təmizlənməsindən sonrakı proseslərə verilən töhfədir. Bildirək ki, Azərbaycan hökuməti Qarabağ və […]

Siyasət

Meksikanın Azərbaycandakı səfiri: “Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər”

“Atletlərimiz növbəti yarışda da mütləq iştirak edəcəklər”. “Report”un məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Xankəndi – Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib. Səfir təşkilatçılıqdan və qonaqpərvərlikdən razılıq bildirib: “Dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bir neçə həftə əvvəl dəvət aldıq. Meksika yarışda 4 idmançı ilə təmsil olundu. Onlar burada özlərini evdəki kimi […]

Siyasət

Qvatemala prezidenti İlham Əliyevi təbrik etdi

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.  President.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan […]

Siyasət

Xankəndi – Bakı ultramarafonu başa çatdı

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi – Bakı ultramarafonu başa çatıb. “Report”un məlumatına görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər. Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. […]

Siyasət

İlham Əliyev Pakistanın baş nazirini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.  President.az xəbər verir ki, məktubda deyilir: “Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı […]

Siyasət

Azərbaycanın mövcud resursları Avropanın daha geniş cöğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Prezident İlham Əliyevin çıxışı dünyanın enerji siyasətində real çağırışların dəqiq təhlili və Azərbaycanın bu istiqamətdə hədəflərinə doğru qəti addımlarının təsviridir. Ölkə başçısının enerji sahəsində müasir çağırışları obyektiv dəyərləndirməsi və bu istiqamətdə yeni, lakin ədalətli yol xəritəsi təklifi Azərbaycanın […]

Siyasət

Bolqarıstan Xalq Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. AZƏRTAC xəbər verir ki, Bolqarıstan nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar. Daha sonra, nümayəndə heyətinin üzvləri Azərbaycanın […]

Siyasət

Beynəlxalq tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

Martın 4-də TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər. “Report” xəbər verir ki, iclas iştirakçıları burada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Xeberal.az

Siyasət

Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır

Yeni Azərbaycan Partiyasının VII qurultayı istər partiyanın, istərsə də ölkənin ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə kimi yadda qalıb. Ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb və mühüm fikirlər səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, partiyamızın VII […]