Ölkə

Bu gün saat 12:00-da bir dəqiqəlik sükut olacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib. XəbərAl.az xəbər verir ki, İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: “Sürücülərdən xahiş olunur ki həmin […]

Ölkə

Sabah Bakıya qar yağacaq

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.  Yanvarın 20-də Azərbaycanın […]

Ölkə

Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq

Prezidentin Jurnalistlər üçün tikdirdiyi binada ev bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub. XəbərAl.az xəbər verir ki, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir-neçə dəfə dindirilib. Araşdırma nəticəsində […]

Ölkə

Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – FAKTİKİ HAVA+VİDEO

Yanvarın 18-i saat 21:00-a olan faktiki hava açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib.  Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.  Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub.  Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov […]

Ölkə

Sabahın hava proqnozu açıqlandı: Bakıya qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  Milli Hidrometeorologiya Xidmətindən verilən  məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm […]

Ölkə

Bu gündən sərt karantin rejimi yumşaldıldı

Bu gündən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərar qüvvəyə minib. XəbərAl.az xəbər verir ki, bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb. […]

Ölkə

Azərbaycanda məktəblər nə vaxt açılacaq? – Rəsmi

Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. XəbərAl.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib. “Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək”, – deyə o qeyd edib.

Ölkə

Sabah qar yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]

Ölkə

Bakıya qar yağacaq

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var. […]

Ölkə

SMS icazə ləğv olunur

2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. XəbərAl.az xəbər verir ki, […]