Müharibə

Qubadlıda top mərmiləri aşkarlanıb

Qubadlıda top mərmiləri aşkar edilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli altı ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Faktla […]

Müharibə

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir – VİDEO

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə cari ilin aprel ayının 1-dən başlayan qəbul davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları: https://mod.gov.az//images/pdf/6820fc0062066317e21e6b2507739a3a.pdf Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün […]

Müharibə

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz […]

Müharibə

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib. Ssenariyə uyğun olaraq “Su-25ML” (“Laçın”) və “Su-25” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar […]

Müharibə

Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”

“Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır”. Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Joxovurd” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir. “İlk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində […]

Müharibə

Cəbrayılda minalar aşkarlanıb – FOTO/VİDEO

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib. Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, üç avtomat, bir pulemyot, bir qumbaraatan və digər sursat aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Xeberal.az

Müharibə

91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi – VİDEO

Kəlbəcərə ilk dəfə doğma yurduna qayıdan şəhid anası məzarı olmayan oğlunu ziyarət edib. Şəhid Ülfət Kərimovun 91 yaşlı anası Fatma Kərimova oğlunun şəhid olduğu ərazidə olub, göz yaşlarını saxlaya bilməyib. ARB-nin “Diqqət efir” verilişi mövzu ilə bağlı material hazırlayıb. Ətraflı videoda: Xeberal.az

Müharibə

Azərbaycan Ordusunun Daşkəsən istiqamətindəki mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Müharibə

Ağdamda mina partlayışı olub: İki nəfər xəsarət alıb

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş […]