Müharibə

Şərti sərhəddə təxribat: DSX zabiti Ermənistan tərəfdən açılan atəşdən yaralanıb

Aprelin 10-da, saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a bildirilib […]

Müharibə

Mariya Zaxarova: “Qərbin məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır” – VİDEO

“Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi sübut etdi, Qərb isə regionda sabitliyi pozmağa çalışır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə News.ru-nun sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Moskva ölkələr arasında və bütövlükdə regionda sülhün bərqərar olması üçün ümumi yanaşmalar tapmağa və ziddiyyətləri uyğunlaşdırmağa çalışaraq regionun gələcəyinə töhfə verib. […]

Müharibə

Paşinyan: “Tavuşda sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala bilər”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib. Baş nazir Tavuşun dörd kəndinin Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bildirib ki, İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb. “Biz Tavuş rayonu […]

Müharibə

Müdafiə Nazirliyi gənc əsgərlərin ailə üzvləri və yaxınlarına müraciət etdi – FOTO/VİDEO

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir. Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə […]

Müharibə

Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Xatırladaq ki, səhər saatlarında Ordumuzun Laçın istiqamətindəki mövqelərinin atəşə […]

Müharibə

Hərbi pilotlarımız səmada: Helikopterlərimiz kəşfiyyat apardı – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və […]

Müharibə

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Müharibə

“Euronews” Azərbaycanda mina təhlükəsi haqqında süjet yayımladı: “Bu, böyük qlobal problemdir” – VİDEO

“Beynəlxalq mina təhlükəsi məsələləri ilə bağlı maarifləndirilmə və minatəmizləmə fəaliyyətinə yardım Günü Bakının Olimpiya Stadionunda amputantlar arasında xeyriyyə futbol matçı ilə qeyd olunub. Oyunçuların əksəriyyəti minalardan yaralanıb”. Bu barədə “Euronews” telekanalının “YouTube” hesabında yayımlanan Azərbaycanda və digər ölkələrdə mina təhlükəsinə həsr olunmuş süjetdə bildirilib. “Bu gün biz minalara “yox” demək, insanları öz təhlükəsizlikləri üçün qadağan […]

Müharibə

İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları təhvil verilib

“Bildiyiniz kimi, azad olunmuş ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan dövlət qurumlarının əməkdaş və mütəxəssisləri ilə birlikdə axtarış-ekshumasiya və qazıntı işləri həyata keçirilir”. APA xəbər verir ki, bunu Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev deyib. Onun sözlərinə görə, hazırkı vaxtadək azad olunmuş ərazilərdə 16 kütləvi məzarlıq aşkar edilib. “Ümumilikdə […]

Müharibə

Şəhidin bacısı: “Ermənilər Xankəndidəki ev-eşiyimizi yandırdılar, Xocalıya getdik”

“Vaqif və Bəsirənin beş övladı yadigar qalıb”. Oxu.Az xəbər verir ki, bunu qalıqları Xocalıda kütləvi məzarlıqda tapılıb, bu gün Zabrat qəsəbəsində dəfn olunan Vaqif Məhərrəmovun bacısı Sevda Xanlarova deyib. O, Xocalı faciəsi zamanı başlarına gələnləri danışıb: “1988-ci ildə Xankəndidə yaşayırdıq. Ev-eşiyimizi yandırdılar, Xocalıya getdik. Qardaşlarım çox əziyyət çəkdilər, orduya yazıldılar ki, torpağımızı müdafiə etsinlər. 26 […]