Müharibə

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. Agentlikdən verilən məlumata görə, 27 oktyabrdan 3 noyabradək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2575, 9 hektar ərazi […]

Müharibə

MN: “Azərbaycan Ordusunun Ermənistanın mövqelərinə atəş açması barədə məlumat yalandır”

“Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik”, […]

Müharibə

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək

“Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək”. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, son üç ildə 113 […]

Müharibə

Azad olunan ərazilərdə minalarla çirkləndirilmiş sahələrin həcmi açıqlanıb

“Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib. “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı […]

Müharibə

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib – FOTO/VİDEO

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, […]

Müharibə

Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib – FOTO/VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş […]

Müharibə

Laçının işğaldan azad olunmasının üçüncü ildönümü ilə bağlı videoçarx hazırlanıb – VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun işğaldan azad olunmasının üçüncü ildönümü ilə bağlı videoçarx hazırlayıb. Videoda Prezident İlham Əliyevin Laçın səfəri, laçınlılarla görüşündə çıxışı, sakinlərin Laçına qayıdışı və bir sıra görüntülər əks olunub. Həmin videomaterialı təqdim edirik: Xeberal.az

Müharibə

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?

ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb. Bu barədə TASS-a Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib. “ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, – deyə məlumatda bildirilib. Xeberal.az

Müharibə

Ermənistan XİN başçısı: “İrəvan normallaşma prosesi ilə bağlı Bakıya təkliflər paketi təqdim edib”

İrəvan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketi təqdim edib. Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib. Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Bundan […]

Müharibə

Erməni KİV: Sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb. Bu barədə “Sputnik Ermənistan” bu ölkənin baş nazirin müavini Mqer Qriqoryanın ofisinə istinadla məlumat verib. Bildirilir ki, görüş Qazax-İcevan sərhədində keçirilir. Qeyd edək ki, Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir. Xeberal.az