Müharibə

Azərbaycanın radiomüraciətinə məhəl qoymayan erməni qadının peşmanlığı və etirafı – VİDEO

“Qarabağda, Xocalıda yaşayırdım. Düzünü desəm, orada da qalıb, yaşamaq istəyirdik. Hər gün Bakıdan radioda erməni dilində çağırış edirdilər ki, evlərimizi tərk etməyə ehtiyac yoxdur”. Bu sözləri erməni sakini Gözəl Movsisyan videomüraciətində bildirib. O, Bakıdan yayımlanan radioverilişlərdə erməni dilində çox səlis danışıldığını bildirib: “Bildirirdilər ki, təlaşa düşmək lazım deyil və bizə çox yaxşı baxacaqlar. Deyirdilər ki, […]

Müharibə

TV əməkdaşı: “Bundan sonrakı fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”

  “Fəaliyyətimi Laçında davam etdirmək istəyirəm”. Bunu Oxu.Az-a açıqlamasında “Real” televiziyasının əməkdaşı, Laçın rayon sakini Nərmin Yusifli deyib. O bildirib ki, bu gün çox sevinclidir: “Bu gün çox sevincliyəm. İllərdir ailəmin Laçın haqqında mənə danışdıqlarını öz gözlərimlə görəcəyəm. Bəzən məndə elə təəssürat yaranır ki, sanki mən də illərlə Laçında yaşamışam. Bundan qabaq da Laçında olmuşam. […]

Müharibə

Alen Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil”

“İrəvan üçün Qarabağ məsələsi mövcud deyil. Ermənistan tərkibində Qarabağın olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”. Ermənistan mediasının məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bəyan edib. “Qarabağ məsələsi həll olunubmu nə deməkdir? Qarabağ məsələsinin həllinin və ya həll edilməməsinin mahiyyəti nədir? Ermənistanda hazırda belə bir məsələ yoxdur. Ermənistan Qarabağın da tərkibində olduğu Azərbaycanın […]

Müharibə

Ermənilər Şuşadakı məscidimizi kilsəyə çevirmək istəyiblər: Mamayı məhəlləsindən REPORTAJ – VİDEO

Qarabağın incisi, hər daşı, hər kəsəyi tarix qoxan gözəl Şuşa… Hər dəfə bura gələndə yeni bir şey öyrənir insan. Hər gəlişdə tarixə toxunaraq nələrsə kəşf edir. Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu dəfə Şuşanın qədim məhəllələrindən reportaj hazırlayıb. Şuşa şəhərinin tarixi hissəsini 17 məhəllə təşkil edir. Bu məhəllələr şəhərin nisbətən aşağı hissəsi olan qərb hissəsində yerləşir. […]

Müharibə

BMT: “Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub”

“Sonuncu qəbul edilən Bəyannamədə bizim minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlarımız göstərilib. Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir. Azərbaycanda 1991-ci ildən 3 460 nəfər, 357 uşaq, 38 qadın mina qurbanı olub”. “Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl […]

Müharibə

Hökumət rəsmisi: “Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”

“Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: “Minadan təmizlənmə çox […]

Müharibə

Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək

“Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib. O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib. Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır: “Fürsətdən istifadə edib […]

Müharibə

Keçmiş məcburi köçkün: “Füzulidən çıxanda oğlum nəvəm yaşında idi”

“Füzulidən çıxanda oğlum nəvəm yaşında idi”. Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən, keçmiş məcburi köçkün Akif Ədil oğlu Hacıyev deyib. O bildirib ki, bu gün Füzuliyə nəvələri ilə qayıdır: “Mən Birinci Qarabağ müharibəsində könüllü iştirak etmişəm. Ehtiyatda olan zabitəm. Füzulidən çıxanda 40 yaşım vardı, oğlum qucağımdakı nəvəm yaşında idi. Bu gün 71 […]

Müharibə

Şəhid Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.  Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, liseyin zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər […]

Müharibə

Sumqayıtda istismar müddətini başa vurmuş yataqxanalar söküləcək – FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib. Agentlikdən verilən məlumata görə, tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib. Görüşdə Sumqayıt şəhəri, 29-cu […]