Müharibə

Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir”

“Beynəlxalq ictimaiyyət Ermənistan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşicəsinə hücumlarını yekdilliklə pisləməlidir”. Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı açıqlamasında qeyd edib. “Gəncəyə, dinc əhaliyə və Azərbaycanın infrastrukturuna raket zərbələri dünya tarixinin kədərli səhifəsidir. Ermənistan hakimiyyəti bu əməllərinə görə beynəlxalq məhkəmə […]

Müharibə

Gəncə hadisələrində zərərçəkən: “Biz o gün sağ qalıb-qalmayacağımıza inana bilmirdik”

“Biz həmin gün sağ qalıb-qalmayacağımıza inana bilmirdik”.  Oxu.Az xəbər verir ki, bunu Gəncə hadisələrində zərərçəkənlərdən biri Rüfət Allahverdiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.  O bildirib ki, həmin gün yada düşəndə keçirdikləri hisləri ifadə edə bilmirlər: “Həmin hadisələr zamanı mən özüm də hadisələri […]

Müharibə

Leyla Abdullayeva: “Gəncə terrorunda Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub”

“Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır. Hansı ki, özünün də üzv olduğu Cenevrə konvensiyasının normalarını pozması deməkdir”.  Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.  […]

Müharibə

Ədliyyə müşaviri: “Gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunub”

“4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki şəxs qəsdən öldürülüb”.  Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə […]

Müharibə

Baş Prokurorluqdan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyanat yayıb. Bəyanatda deyilir: “Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın […]

Müharibə

Nəvəsi tərəfindən iplə boğularaq öldürülən tanınmış şairənin cinayət işindən xəbər var

Sumqayıtda şairə nənəsini iplə boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nicat Əliyevin barəsində cinayət işi üzrə istintaq başa çatıb. APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib. Qeyd edək ki, iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il […]

Müharibə

Abşeronda hərbi sursat aşkarlanıb – FOTO/VİDEO

Abşeronda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə […]

Müharibə

Ermənilər Daşkəsən istiqamətində mövqelərimizi atəşə tutdular

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.  Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Xeberal.az

Müharibə

Mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub – RƏSMİ

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd […]

Müharibə

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb – FOTO/VİDEO

Gürcüstanın Muxrovani şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat verib.  Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.  #Türkiye–#Azerbaycan–#Gürcistan arasında her yıl dönüşümlü olarak yapılan Kafkas Kartalı-2022 Özel Kuvvetler Tatbikatı […]