Müharibə

“Ermənilər mina təxribatı ilə Böyük Qayıdışın qarşısını almaq istəyirlər” – ŞƏRH

“2020-ci ildə kapitulyasiya aktı imzalandıqdan bu günə qədər 300-ə yaxın vətəndaşımız, mülki əhali və hərbçilərimiz bu və ya digər şəkildə Ermənistanın mina təxribatının qurbanı olub”. Bu sözləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Şuşada 3 hərbçimizin minaya düşməsi haqqında danışarkən deyib. O qeyd edib ki, mina təxribatı nəticəsində […]

Müharibə

Ermənistanın təxribatı nəticəsində baş vermiş mina partlayışında üç hərbi qulluqçumuz xəsarət alıb

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü […]

Müharibə

Əsir hərbçinin anası: “Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq”

“Oğlumun yazdığı məktubu hələ də bizə gətirib çatdırmayıblar”. Bunu Modern.az-a Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. “Övladımdan xəbərsizəm. Onun yazdığı məktubu gətirməyiblər. Məktubda nə yazılıb, onu da demirlər. Qırmızı Xaçdan deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq. Biz övladımızla görüntülü danışıq və telefon əlaqəsi tələb edirik. Lakin ortada […]

Müharibə

Kəlbəcər rayonunun Xallanlı kəndi – FOTO

Kəlbəcər rayonunun Xallanlı kəndi Başlıbel kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın […]

Müharibə

MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir” – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat […]

Müharibə

Hücum strategiyasında yeni elementlər: Azərbaycanın alternativ variantları – “Kaspi”nin ŞƏRHİ

Azərbaycanın bir həftə ərzində baş verən iki hadisəni – əsgərlərə işgəncələr və bayraq təxribatını birləşdirərək Ermənistana qarşı həmlə strategiyasına yeni elementlər qatacağı şübhəsizdir. Baş verənlər Nikol Paşinyan administrasiyasının işini daha da çətinləşdirəcək. Əlverişsiz hava səbəbindən hərbi xidmət etdikləri Naxçıvan ərazisindən azaraq Ermənistana keçən iki hərbi qulluqçu ilə bağlı vəziyyət Bakı-İrəvan danışıqlarındakı gərginliyə əlavə yük vurur. […]

Müharibə

“Bayraktar Kızılelma”dan növbəti uğurlu uçuş – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinə və sülhməramlılara məxsus maşınlar Laçına getdi. Bölgədə nə baş verir? “Bayraktar Kızılelma”dan növbəti uğurlu uçuş. Sınaqlar davam edir. Rusiyada 100 mindən çox müsəlman küçələrə axışdı. Moskva Cümə məscidində bayram namazı qılındı. Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az

Müharibə

YAŞAT Fonduna ayrılan 5 milyon manatın hara xərclənəcəyi açıqlanıb

“Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla YAŞAT Fonduna ayrılan 5 milyon manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi […]

Müharibə

Ester Eti Elkis: “Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”. Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə səfərdə olan ABŞ-də fəaliyyət göstərən podkast şirkətinin nümayəndəsi Ester Eti Elkis deyib. “Amerikalı və israilli jurnalistlərdən ibarət nümayəndə heyətinin Şuşaya səfərini təşkil etməyimizin məqsədi onların buradakı dağıntıları gözləri ilə görmələrinə şərait yaratmaqdır. Ermənistan bu ərazilərdəki bütün […]

Müharibə

Ombudsman: “Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adları ilə dəyişdirilib”

“İki yüz ildən artıq davam edən müddətdə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan təcavüzkar erməni millətçiləri və onların havadarları tərəfindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı davamlı şəkildə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalıb, bir milyondan çox soydaşımız etnik mənsubiyyətinə görə öz doğma yurd-yuvalarından qovularaq qaçqın və […]