MARAQLI

Psixoloqlar xəyanətdən sonra barışmağın əsas yolları barədə araşdırma aparıblar

Yunanıstanın Nikosiya Universitetinin alimləri evlilik və ya uzunmüddətli münasibətlər zamanı xəyanət edən insanların davranışlarını araşdırıblar. Mütəxəssislər xəyanət etmiş şəxslərin münasibətdən sonra barışmağa çalışdıqları əsas strategiyaları müəyyən ediblər. Tədqiqat “Evolutionary Behavioral Sciences” (EBS) elmi jurnalında dərc olunub. Mütəxəssislər üç test çərçivəsində bir sıra müsahibələr və açıq sorğulardan istifadə edərək, xəyanət edən insanların bağışlanmaq üçün müraciət etdikləri […]

MARAQLI

Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları – ARAŞDIRMA

“Güney Azərbaycanın bir çox tarixi qəbiristanlıqları və tanınmış simalarının məzarları dağıdılmış və ya baxımsız qalıb”. APA-nın Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Güney Azərbaycanın qəbirləri haqqında məqaləsini təqdim edirik: “Güney Azərbaycanın tarixi qəbiristanlıqları bu yurdun qədim kimliyinin təzahürüdür. Günümüzdə tarixi qəbiristanlıqlar tarixçilərlə yanaşı, antropoloqların da diqqətini çəkir. Bu səbəbdən köhnə və tarixi qəbiristanlıqların qorunub […]

MARAQLI

Lənkəranda almanlar tərəfindən inşa olunan bir əsrlik körpü – FOTO

Lənkəranda 100 ilə yaxın yaşı olan Sütəmurdov körpüsündən bu gün də intensiv istifadə olunur. Bir vaxtlar alman mütəxəssisləri tərəfindən inşa olunmuş bu körpünün əsas özəlliklərindən biri onun beton deyil, tamamilə dəmir konstruksiyalardan ibarət olmasıdır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1929-cu ilə qədər Lənkəran çayının bir tərəfindən digərinə keçmək üçün kiçik qayıqlardan istifadə edilib. Lakin […]

MARAQLI

COVID-19-la yeni ştammı arasındakı əsas fərq açıqlandı

“Koronavirusun yeni variantı “Pirola” əvvəlki ştammları xatırladır, lakin onun strukturunda bəzi dəyişikliklər var, buna görə də əvvəlki ştamlara qarşı yaxşı işləyən anticisimlər bu virusa təsir etməyə bilər”. Bu barədə rusiyalı epidemioloq, tibb elmləri doktoru Vadim Pokrovski xəbərdarlıq edib. Bununla belə o, narahat olmamağa çağırıb: “Daha yüzlərlə müxtəlif ştammlar ortaya çıxa bilər. Ona görə də yeni […]

MARAQLI

Alimlər şəkərli diabet və qan xərçəngi arasında əlaqənin olduğunu müşahidə ediblər

Memorial Sloun-Ketterinq Xərçəng Mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, şəkərli diabet qan xərçəngi olan ağdərili xəstələrin sağ qalmasına mənfi təsir göstərir. Çox güman ki, qanda insulinin yüksək konsentrasiyası xərçəng hüceyrələrinin çoxalmasını sürətləndirir. Miyeloma bakteriyaları, orqanizmə yad olan zülalları məhv edən və digər patogenləri zərərsizləşdirən plazma hüceyrələrinin (ağ qan hüceyrələri) bədxassəli xəstəliyidir. Xəstəlik irəlilədikcə sümük ağrısı, […]

MARAQLI

Tarixdə ilk dəfə hakerlər üçün qaydalar hazırlandı – SİYAHI

Beynəlxalq Qızıl Xaç Komitəsi tarixdə ilk dəfə hakerlər üçün müharibə qaydalarını dərc edib. Ümumilikdə siyahıya səkkiz maddə daxil edilib. Təşkilatın nümayəndələri ilk növbədə hakerlərdən mülki hədəflərə hücum etməməyi istəyir. İkincisi, kompüterlər arasında avtomatik yayılan zərərli proqramlardan istifadə etməməyi xahiş edirlər. Üçüncü qaydada deyilir ki, hakerlər hərbi hədəflərə hücum planlaşdırarkən mülki şəxslərə dəyən zərəri minimuma endirmək […]

MARAQLI

Rusiyada qadının beynində tapılan iynə vahiməli tendensiyanın üstünü açdı

Rusiyanın Saxalin vilayətində 80 yaşlı qadının beynində üç santimetrlik iynə tapılıb. Bu barədə Rusiyanın Saxalin vilayəti üzrə Səhiyyə Nazirliyi xəbər verib. Təqaüdçünün beynində yad cisim kompüter tomoqrafiyası zamanı aşkar edilib. Məlum olub ki, qadın doğulduğu vaxtdan bu iynə ilə yaşayıb və heç vaxt başağrısından əziyyət çəkməyib. Ehtimal olunur ki, iynəni qadının beyninə doğuşdan sonra öz […]

MARAQLI

Mütəxəssis payızda daha təhlükəli olan həşərat barədə danışıb

Milçəklərin bir növü olan payız milçəyi soyuq mövsümdə daha təhlükəli və aqressiv olur və insanları dişləməyə başlayır. Bu davranışın səbəbi milçəklərin bu növündə mayalanma mövsümünün başlaması ilə əlaqədardır. Bunu rusiyalı entomoloq, kənd təsərrüfatı elmləri namizədi və dosent Olqa Tenyayeva bildirib. Bununla belə, ekspert əlavə edib ki, payız milçəklərindən çox qorxmağa əsas yoxdur. Onlar insan sağlamlığına […]

MARAQLI

Türkiyədə ac qalan ayılar mikroavtobusa “hücum etdilər”: Pizza ilə qarınlarını doydurdular – VİDEO

Türkiyənin Bitlis vilayətində maraqlı hadisə yaşanıb. Tatvan rayonu ərazisində yerləşən Nemrut Krater Gölü ətrafında ac qalan ayılar qapı-pəncərələri açıq olan mikroavtobusa giriblər.  Piknik qalıqları, zibilliklərdən tapdıqları yeməklərlə qidalanan və turistlərin çadırlarına hücum edən ayılar bu dəfə də mikroavtobusda yemək axtarmağa başlayıblar. Nəticədə avtobusun içində pizza tapıblar və acgözlüklə qarınlarını doydurmağa çalışıblar. Mənbə: Haber Global Xeberal.az

MARAQLI

Cütlük nikahdan üç dəqiqə sonra boşanıb

Ən qısa nikah Küveytdə qeydə alınıb. Bu nikah qeydə alındıqdan sonra cəmi üç dəqiqə davam edib. Boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub. Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlini lağa qoyması barədə paylaşım edib. O, gəlinin ayağı ilişdiyi üçün onu “səfeh” adlandırıb. Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi […]