MARAQLI

Rusiyalı səyahətçilərin payızda Azərbaycana marağı artıb

Rusiyalı səyahətçilərin payızda Azərbaycana marağı artıb. Bu barədə Rusiyanın “OneTwoTrip” səyahət planlaşdırma xidmətinin analitikləri açıqlama veriblər. Hesabatdan aydın olub ki, Azərbaycan 60 faizlə rusiyalı turistlərin seçdikləri ölkələrin ilk 20-liyinə daxildir. Siyahının 11-ci yerində qərarlaşan ölkəmiz Tailand, Şri-Lanka, Hindistan, Rumıniya, İndoneziya, Braziliya, İsveçrə, BƏƏ və İtaliya kimi ölkələrdən əvvəldə gəlir. Xeberal.az

MARAQLI

Rusiyalı turistlər Yeni il ərəfəsində istirahət üçün Bakını seçdilər

Bakı rusiyalı turistlərin Yeni il ərəfəsində istirahət üçün seçdikləri ən populyar istiqamətlərindən biridir. Bu qənaətlə Rusiyanın “SberSpasibo” loyallıq proqramının analitikləri çıxış ediblər. Hesabata əsasən, milad ərəfəsində xarici ölkələrə səfər edən turistlərin 5%-i Azərbaycanın paytaxtını seçirlər. Siyahıda, həmçinin Phuket, Banqkok, İstanbul, Dubay, Antalya, Düşənbə, Oş, Almatı və s. şəhərlər də var. Mənbə: Gazeta.ru Xeberal.az

MARAQLI

ABŞ-də illər öncə sevgilisindən ayrı düşən tənha lamantin tapıldı – FOTO

67 yaşlı Romeo adlı lamantinin rezonans yaradan hekayəsi son aylarda dünyanın hər yerində ictimaiyyətin diqqətini cəlb edib. Artıq bir neçə ildir ki, heyvan əvvəllər orka Lolitanın öldüyü ABŞ-nin Florida ştatında Mayami okeanariumunda kiçik hovuzda tamamilə tək yaşayır. Heyvan 1956-cı ildən bəri akvariumda yaşayır. Aprel ayında onu sevgilisi Cülyetta ilə birlikdə kiçik doqquz metrlik hovuza yerləşdiriblər. […]

MARAQLI

Dünyanın ən qədim aysberqi qəfildən hərəkət etməyə başlayıb

Dünyanın ən böyük aysberqi 30 ildən sonra ilk dəfə hərəkət etməyə başlayıb. 1986-cı ildə buz şelfindən qoparaq sonradan uzun illər Ueddel dənizində qalan “A23a” Antarktika aysberqi qəfildən Cənubi okeana (Antarktik okean) doğru sürünməyə başlayıb. Bu barədə Britaniya Antarktika Xidməti xəbər verib. Bildirilir ki, peyklər onun hərəkətə başlamaq üçün kifayət qədər əridiyini göstərib. Güclü küləklər və […]

MARAQLI

Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr – FOTO

Çində hər il ət və tərəvəz qalıqlarından əldə edilən 150 min tullantı dayanıqlı yanacaq əldə edilməsi üçün təkrar emal edilir və daha sonra hava yolu şirkətlərinə satılır. Dayanıqlı aviasiya yanacağı adlanan bu yanacaq növü hazırda istismarda olan təyyarələrdə istifadə edilə bildiyi üçün bu sahənin karbondan təmizlənməsində ən sadə üsul hesab olunur. Bu üsul vasitəsilə CO2 […]

MARAQLI

Uludağda qış yuxusuna gedə bilməyən ayılar turizm mərkəzinə “hücum etdilər” – VİDEO

Türkiyədə turizmin əhəmiyyətli mərkəzlərindən biri olan Uludağda qış yuxusuna gedə bilməyən və meşədə yemək tapa bilməyən ayılar yaşayış məntəqəsinə gələrək yemək axtarmağa başlayıblar. Təbiətdə üç aydan yeddi aya qədər müddəti yuxu içində keçirən, mövsümdən asılı olaraq noyabr və ya dekabr aylarında yuxuya gedən və mart-aprel ayları arasında oyanan ayılar qış yuxusunu unudublar. Uludağda üç ayının gözünü yuxu tutmayıb. […]

MARAQLI

İlk üçillik kruiz başlamazdan bir həftə əvvəl ləğv edildi: Buna səbəb nə idi?

İlk üçillik dəniz kruizi başlamazdan cəmi bir həftə əvvəl ləğv edildi. Məlumata görə, bir neçə həftəlik sükutdan sonra təşkilatçı şirkət gəminin olmadığını etiraf edib və artıq səfər üçün qeydiyyatdan keçmiş şəxslərə pulu qaytaracağına söz verib. Kruiz gəmisi noyabrın 1-də İstanbuldan yola düşməli idi, lakin bu tarixdən bir müddət əvvəl yola düşmə vaxtı noyabrın 11-ə keçirildi. […]

MARAQLI

Arxeoloqlar qədim şumerlərin quraqlıqdan xilas olmaq üçün unikal qurğularını aşkar ediblər – FOTO

Müasir İraqın cənubunda yerləşən qədim Girsu şəhərində şumerlər 4 min il əvvəl quraqlıqdan xilas olmaq üçün su kanalı üzərində qurğu düzəldiblər. Girsu sakinləri Dəclə və Fərat çaylarının suyunu kənd təsərrüfatı sahələrini sulayan kanallara çatdıran mütərəqqi suvarma üsulundan istifadə ediblər. Lakin şiddətli quraqlıq dövrü onların həyatını riskə atıb və qədim şumerlər mühəndisliyin köməyi ilə özlərini xilas […]

MARAQLI

“Porsche” məşhur modelinin istehsalını və satışını dayandırdı – FOTO

Almaniyanın “Porsche” şirkəti “Panamera Sport Turismo” universalının istehsalını və satışını dayandırıb. Model artıq istehsal olunmayacaq. Modelin zəif tələbat səbəbindən istehsalı dayandırıldığı qeyd edilir. “Sport Turismo Panamera”nın gəliri ümumi satışlarının 10%-dən azını təşkil edirdi. “Porsche Panamera Sport Turismo” ilk dəfə 2017-ci ildə təqdim edilib və 2020-ci ildə restaylinq olunub. Yeri gəlmişkən, “Porsche” üçüncü nəsil “Panamera” modelini […]

MARAQLI

Gözəllikdə anasını keçəcək: Vensan Kassel və Monika Belluçi ilk dəfə 13 yaşlı qızlarını göstərdilər – FOTO

Hollivudun ən gözəl ulduz valideynləri – Vensan Kassel və Monika Belluçi ilk dəfə kiçik qızlarının fotosunu paylaşıblar. Maraqlıdır ki, böyük qızları Deva Kasseldən fərqli olaraq, 13 yaşlı Leoni həmişə ailənin ən sirli siması olub. Vensan və Monika kiçik qızlarını paparatsiyalardan diqqətlə qoruyublar, ona görə yeniyetmə haqqında az şey məlumdur. Monikanın pərəstişkarları Leoninin böyük bacısı Devaya bənzəməsə […]