Hadisə Manşetüstü

Polis epilepsiya xəstəsinin həyatını xilas etdi – HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ

Kürdəmirdə polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib. Hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir […]

Cəmiyyət Manşetüstü

Vəkil olmaq istəyən 237 nəfər imtahan verdi – FOTO

Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi […]

Dünya Manşetüstü

İranda 5 nəfər kanalizasiyaya yıxılaraq öldü

İranın İsfahan vilayətində 5 nəfər kanalizasiya quyusuna yıxılıb. XəbərAl.az-ın məlumatına görə, bunu İranın İsfahan vilayəti Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Qəfur Rastin jurnalistlərə açıqlamasında deyib. Q.Rastinin sözlərinə görə, bir nəfər quyunu qazarkən onun içərisinə yıxılıb, sonra isə digərləri onu çıxarmaq üçün bir-bir kanalizasiya quyusuna düşüblər. Q.Rastin əlavə edib ki, 13 […]

Dünya Manşetüstü

İranda avtobus aşdı – Yaralananlar var

İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb. XəbərAl.az-ın məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu qubernatorunun müavini Hüseyn Əsədi deyib. Onun sözlərinə görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb. Qubernator müavini qeyd edib ki, 45 sərnişini olan avtobus Qayin rayonundan Tehrana hərəkət edirmiş. H.Əsədi əlavə edib ki, yaralılar […]

İdman Manşetüstü

Xorvatiya millisi Bakıya gəldi

Xorvatiya milli komandası dünən Bakıya gəlib. XəbərAl.az xəbər verir ki, Zlatko Daliçin komandası hava limanından otelə deyil, birbaşa fitnes zala yollanıblar. Qeyd edilib ki, xorvatlar Azərbaycanla oyuna ciddi yanaşır. Qeyd edək ki, Xorvatiya millisi bu gün “Baksell Arena”da oyunöncəsi son məşqinə çıxacaq. Sabah isə həmin arenada Azərbaycan və Xorvatiya arasında “Avro-2020”nin seçmə oyunu keçiriləcək. Oyun […]

Manşetüstü Şou-Biznes

Azərbaycan əsilli müğənni elə foto paylaşdı ki…

Azərbaycan əsilli müğənni Tuğba Ekinci bu dəfə məşhur maneken Adriana Limaya meydan oxuyub. XəbərAl.az xəbər verir ki, 42 yaşlı sənətçinin bikinili fotosu İnstaqramda maraqla qarşılanıb. Güzgünün qarşısında foto çəkdirən Tuğba Ekinci “Adriana Lima deyib-durursunuz, Adriana Limamı var, Limamı qaldı?” qeydini paylaşıb. Sosial şəbəkələrin aktiv istifadəçisi olan müğənni tez-tez populyar şəxslərə ismarış göndərir.

Hadisə Manşetüstü

Kürdəmirdə avtomobil beton maneəyə çırpıldı – Xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Musayev İsa Zakir oğlunun idarə etdiyi “Xəzər” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə onun avtomobildə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəkilova Gülçin […]

Kriminal Manşetüstü

Binəqədidə silahlı şəxs saxlanıldı

Bakının Binəqədi qəsəbəsində silahlı şəxs saxlanılıb. XəbərAl.az  DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülmüşdür.

Manşetüstü Sosial

Bakının bu qəsəbəsində işıq kəsiləcək

Bakının bu qəsəbəsində işıq kəsiləcək. “Azərişıq” ASC-dən XəbərAl.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq “Zabrat” yarımstansiyasından çıxan 10 kVt-luq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa […]

Hadisə Manşetüstü

Şəmkirdəki qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədən gələn avtobus Şəmkirdə qəzaya düşüb. XəbərAl.az qafqazinfo-ya istinadən xəbər verir ki, avtobus “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Hazırda xəstəxanada 2 kişi və 4 qadın var. Kişilərdən biri komadadır vəziyyəti kritikdir. […]