Hadisə Manşetüstü

Ağstafada avtomobillər toqquşub, ölən var

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”nın sürücüsü, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Daşkəsəndə 20 yaşlı gənc bıçaqlanıb

Daşkəsən rayonunda 20 yaşlı gənc bıçaqlanıb. XəbərAl.az-ın məlumatına görə, hadisə Quşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü Eltun Həsənov tanışı tərəfindən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Hadisənin başvermə səbəbləri hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

İmişlidə DƏHŞƏT – 8 yaşlı uşaq öldü

İmişli rayonunda uşaq kanalda boğulub. XəbərAl.az-ın məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib. 2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə […]

Hadisə Manşetüstü

Bakıda bank hesablarından oğurluq edildi

Bakıda bank hesablarından oğurluq edilib. Daxili İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olmuş O.Cəlilov saxlanılıb

Manşetüstü Şou-Biznes

“Əmək kitabçam yoxdur” – 17 ildir aparıcıdır…

Aparıcı Cavid Gül sosial şəbəkədə arvix fotolarını paylaşıb. XəbərAl.az xəbər verir ki, o, bölüşdüyü fotolara şərh yazaraq, 17 ildir aparıcılıq etdiyini bildirib: “13 il qabaq verdiyim müsahibəni oxudum və şəkillərimə baxdım. Hisslərimi ifadə etməyə nə söz, nə də smaylik tapa bilmirəm. Yeri gəlmişkən, sentyabrda aparıcılığımın rəsmi 17 yaşı oldu”. Xeyli sayda şərh yazılan fotolarda Cavidə […]

Manşetüstü Sosial

Bakıda bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. XəbərAl.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd edilir ki, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaq eləcə də […]

Dünya Manşetüstü

Arı sürüsü əkin sahəsində işləyənlərə hücum etdi – 17 nəfər… – FOTO

Türkiyədə əkin sahəsində işləyən insanlar arıların hücumuna məruz qalıb. XəbərAl.az xəbər verir ki, hadisə Konya Vilayətinin Çumra qəsəbəsi yaxınlığında baş verib. Mövsümi əkinlə məşğul olan qəsəbə sakinləri arıların qəfil hücumuna məruz qalıb. Hadis yerinə təcili tibbi yardım briqadaları cəlb edilsə də tibb işçiləri əkin sahəsinə enə bilməyiblər. Belə ki, arlar həmin şəxslərə dü hücum etməyə […]

Dünya Manşetüstü

Nəhəng alliqator qarpızı belə yedi – Video

Floridadakı Müqəddəs Avqustin adına Zooloji Parkdakı Bomber ləqəbli alliqator böyük bir qarpıza qonaq olub. XəbərAl.az xəbər verir ki, alliqator təsərrüfatının işçisi yırtıcıya ehtiyatla yaxınlaşıb və giləmeyvəni birbaşa onun ağzına atıb. Bomber bir dişləməklə böyük bir qarpızı əzib. Bomber fermada olan digər alliqatorlar arasında əsl nəhəngdir. Uzunluğu 4,1 metr, çəkisi 363 kiloqramdır. Ət rasionundan əlavə bəzən […]

Hadisə Manşetüstü

Maşının qarşısına çıxan heyvan ağır qəzaya səbə oldu – KÜRDƏMİRDƏ

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili […]