Dünya Manşetüstü

İranda avtobus aşdı – Yaralananlar var

Sharing is caring!

İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb.

XəbərAl.az-ın məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu qubernatorunun müavini Hüseyn Əsədi deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb. Qubernator müavini qeyd edib ki, 45 sərnişini olan avtobus Qayin rayonundan Tehrana hərəkət edirmiş.

H.Əsədi əlavə edib ki, yaralılar Bəcestan rayonunun xəstəxanasına yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir