Manşetüstü Region

İranda benzin bahalaşıb

İran hökuməti noyabrın 15-dən benzinin qiymətini qaldırmaqla pərakəndə satışına kvotalar tətbiq edib. XəbərAl.az  RİA “Novosti”yə istinadən xəbər verir ki, Milli İran Neft Məhsulları Paylanması Şirkətinin (NİOPDC) açıqlamasına görə, bundan belə fərdi nəqliyyat vasitə sahibləri ayda 60 litr, iki yanacaqla işləyən avtomobil sahibləri 30 litr, fərdi sərnişin daşımaları ilə məşğul olanlar üçün müvafiq olaraq 400 litr və 200 litr, motosikl sahibləri 25 litr ala bilər. […]

İqtisadiyyat Manşetüstü

Dövlət Neft Fondu 651 min manatlıq proqram təminatı alır

Dövlət Neft Fondunun Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (Enterprise Resource Planning/ERP) proqram təminatının və onun inteqrasiya edilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub. XəbərAl.az xəbər verir ki, tenderin qalibi “Smart Cloud” MMC-dir. Qalib şirkətə 650 860 manat ödəniləcək.

İdman Manşetüstü

Robert Prosineçki “Qarabağ”ın qapıçısının atasına cavab verib

Bosniya və Heresqovina yığmasının baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı dediyi fikirlərə münasibət bildirib. XəbərAl.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis “Federal TV”yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini yenidən açıqlayıb: “Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi. Çox yaxşı çıxış edir. Biz bundan […]

Cəmiyyət Manşetüstü

“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu-VİDEO

“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu   Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq beynəlxalq səviyyəlimüsabiqədə mükafata layiq görülüb. Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd […]

Hadisə Manşetüstü

Şəkidə yol qəzası olub, sürücü ölüb

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb. Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Kriminal Manşetüstü

Bakıda tanınmış aparıcı bıçaqlandı

Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb. Qeyd edək […]

Manşetüstü Mədəniyyət

Azərbaycanda çəkilən döyüş filmi tezliklə Hindistanda göstəriləcək – VİDEO

Tamil (Cənubi Hindistan) kino ulduzu Vişal Krişna “Action” filminin çəkilişləri zamanı bir neçə dəfə xəsarət alıb. XəbərAl.az  “Asian Age” nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyor bildirib. “Ümid edirəm ki, buna dəyən film alınıb”, – V.Krişna deyib. Nəşr yazıb ki, Türkiyə və Azərbaycanda çəkilən filmdə Hindistan kinosunun ən maraqlı səhnələrindən bəziləri lentə alınıb. Məlumata […]

İdman Manşetüstü

“Qarabağ”ın bu oyununda azarkeş olmayacaq – Qərar

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Kiprə səfərə gedəcək “Qarabağ” komandası APOEL-ə qarşı keçirəcəyi matçına azarkeşsiz çıxacaq. XəbərAl.az xəbər verir ki, Azərbaycan təmsilçisinin rəhbərliyi öz azarkeşlərinə oyuna baxmağa gəlməməyi tövsiyə edib. Məqsəd mümkün gərginlik riskindən qaçmaqdır. Qeyd edək ki, matç noyabrın 7-də, Nikosiyadakı “GSP Arena”da keçiriləcək. Tarixi qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Oyun […]

İqtisadiyyat Manşetüstü

Azərbaycanda pul bazası ötən ay 80 milyon manatdan çox artıb

Azərbaycanda pul bazası bu il noyabrın 1-nə 10 298,8 milyon manat təşkil edib. XəbərAl.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 81,5 milyon manat və yaxud 0,8% çoxdur. Pul bazası ilin əvvəlinə nisbətən 753,1 milyon manat və yaxud 7,9%, son 1 ildə isə 1 145,5 milyon manat və yaxud 12,5% artıb.