manset Siyasət

Türkmən parlamentarilər Azərbaycana gəlir

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır. XəbərAl.az-ın məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq. Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

AKTUAL manset

Samir Nuriyevin vəzifəsini o icra edəcək

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. XəbərAl.az Unikal.org-a istinadən xəbər verir ki, bu təyinatdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr vəzifəsinin icrası Anar Adil oğlu Quliyevə tapşırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin […]

manset Region

Rusiyada tanker partlayıb, ölənlər var

Rusiyada Naxodka dəniz limanında “Amerika körfəzi” tankerində partlayış baş verib. XəbərAl.az “İnterfaks”a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb. Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.

Kriminal manset

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb. XəbərAl.az-ın  məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Kriminal manset

Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb. Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana […]

Gündəm manset

Tahir Məmmədov şamaxılıların ümidlərinı doğrultmadı

Bir müddət bundan əvvəl XəbərAl.az saytında “Ümidi qırılan Şamaxı” başlıqlı məqalə dərc etmişdik. Məqalədə videoxülasə kimi Şamaxı rayonundakı bir sıra sosial problemlər və natəmizlikdən söhbət açmışdıq. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.10.2018-ci il tarixli Sərəncamı ilə Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, T. Məmmədov bu sərəncama qədər […]

AKTUAL manset

Əhalinin ən çox narazı olduğu icra başçıları: Sıra onlara çatır + SİYAHI

Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının dəyişdirilməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəz edilib. XəbərAl.az  xəbər verir ki, proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə […]

Dünya manset

Pompeodan çağırış: Aksiyaçıları dinləyin!

İraq hakimiyyəti etirazçıları dinləməlidir. XəbərAl.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, eyni zamanda kütləvi etirazlardan sonra hakimiyyəti internetə və kütləvi informasiya vasitələrinə çıxışa qoyulan qadağanı ləğv etməyə çağırıb. Qeyd edək ki, İraqda günlərdir korrupsiyaya və işsizliyə qarşı davam edən mitinqlərdən sonra Baş nazir Adil Əbdülmehdi istefa verməyi qəbul edib.