Mədəniyyət

Hollivud aktyoru Cey Conston saxlanılıb – FOTO

“Mr. Show” serialı və “Bob’s Burgers” cizgi filmindəki  rolları ilə tanınan amerikalı komediya aktyoru Cey Conston saxlanılıb. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) onu Konqres Binasına hücumda iştirakda günahlandırır. Məlumata görə, Ədliyyə Departamenti Constonun 6 yanvar 2021-ci ildə Konqres Binasının ərazisində olması ilə əlaqədar ona qarşı ittiham irəli sürüb. Aktyor Los-Ancelesdə həbs edilib. Mənbə: gazeta.ru Xeberal.az

Mədəniyyət

“Zeynəb Xanlarovaya səsləndim ki, icazə verirsinizmi mən də “dünyanın xoşbəxtiyəm” deyim?” – FOTO

“Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Xalq artisti fəxri adına kimi yüksələcəyəm. Bu illərin zəhməti ilə, yavaş-yavaş olur. Arzularının arxasınca addımlayırsan, orada maddiyyatı düşünməməlisən. “Reklam olunum, bunu əldə edim”, – deyə düşünməmişik. Tələbə vaxtında illərlə kirayə qalmışıq, biri olub, biri olmayıb. Sonra yavaş-yavaş ikiotaqlı evimiz olub, heç kimə bildirməmişik ki, orada nə kimi çətinliklərimiz […]

Mədəniyyət

Ancelina Coli uzun illər sadiq qaldığı imicini köklü şəkildə dəyişdi – FOTO

Hollivud ulduzu Ancelina Coli uzun illər sadiq qaldığı imicini köklü şəkildə dəyişib. 48 yaşlı aktrisa sarışın saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o bundan əvvəl “Girl, Interrupted” (1999) filmində belə bir imicdə olub. Aktrisanın köklü dəyişimi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. “Dünyanın ən cazibədar qadını”, “Yeni imici […]

Mədəniyyət

Polad Bülbüloğlu beynəlxalq festivalın mükafatına layiq görülüb – FOTO

Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Qəhrədə Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival keçirilib. Tədbirin son günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Xalq artisti, səfir Polad Bülbüloğlu haqqında məlumat verilib, onun ənənəvi incəsənətin inkişafındakı rolu, eləcə də diplomatik xidmətləri yüksək dəyərləndirilib. Bu barədə Oxu.Az-a Misirdəki səfirliyimizdən […]

Mədəniyyət

Məşhur reper: “Məqsədimiz həssas mövzuları işıqlandırmaqdır” – FOTO/VİDEO

“Cəmiyyətimizdə həssas olan bu tip mövzuları imkan daxilində işıqlandırmağı düşünürük”. Bu sözləri Oxu.Az-a açıqlamasında məşhur reper Xpert (Şəhriyar Atababayev) deyib. Xatırladaq ki, Azərbaycanlı reper Xpert yeni albomunu dinləyicilərə təqdim edib. Albomda yer alan “Dəlilər” adlanan klipdə insan alverinə qarşı mübarizə mövzusuna toxunulub. Klip qısa zaman ərzində minlərlə insan tərəfindən izlənilib.  Reperin sözlərinə görə, ssenari əvvəldən […]

Mədəniyyət

İranda rejimə qarşı çıxan daha bir iranlı aktrisa həbs edildi – FOTO

İranda rejimə qarşı çıxan daha bir aktrisa həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, bu dəfə tanınmış kino və televiziya aktrisası Şəqaiq Dehqan saxlanılıb. O, məcburi hicabdan imtina edərək küçəyə baş örtüyü olmadan çıxıb. Vəkilinin sözlərinə görə, 10 sutkalıq həbs cəzası alan aktrisa, həmçinin cərimələnib. Xatırladaq ki, bir müddət öncə […]

Mədəniyyət

92 yaşlı Xalq şairi: “Həkimdən qorxurdum, səhv edib, yubatdım”

“Dünyaya gözüm sanki yenidən açıldı”. Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə bir müddət əvvəl gözündən əməliyyat olunub. Şair iki ildən çox göz problemi yaşadığını söyləyib: “Hazırda çox yaxşıyam. Təcrübəli həkim məni sağaltdı. Əməliyyat heç 20 dəqiqə çəkmədi. Daha sonra dərhal evə buraxıldım. Dünyaya sanki yenidən gəldim. […]

Mədəniyyət

Repçi Niki Minaj məhkəməyə verilib

“Roseark” zərgərlik mağazası rep müğənnisi Niki Minajı məhkəməyə verib. Məlumata görə, o sifariş etdiyi zinət əşyalarının pulunu ödəməyib. Reperin stilisti Brett Alan Nelson “Roseark” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, zərgərlik mağazası Minaja səhnə üçün zinət əşyaları verib. Bir həftə ərzində Minaj onları geri qaytarmalı və zədə aldığı halda ziyana görə təzminat ödəməli idi. “Roseark”ın əməkdaşları bildiriblər […]

Mədəniyyət

Gürcü ifaçılardan möhtəşəm “Ay Laçın” performansı – VİDEO

Azərbaycanın xalq mahnısı “Ay Laçın” Gürcüstanda musiqi yarışmasında səsləndirilib. Oxu.Az xəbər verir ki, qonşu ölkənin “Birinci Kanal”ında yayımlanan “Ranina” uşaq musiqi yarışmasında Anastasiya Vasadze və vokal qrupu “Laçın” mahnısını xüsusi aranjimanda kompozisiya kimi ifa edib. Sözügedən kompozisiyanı təqdim edirik:   Xeberal.az

Mədəniyyət

Almaniyanın məşhur rok qrupu dağılır

Almaniyanın məşhur rok qrupu olan “Rammstein” dağılmaq ərəfəsindədir. Buna səbəb rok qrupunun solisti olan Till Lindemanın qadın fanatlardan birinə qarşı cinsi təcavüz etməsi və bu məsələ ətrafında yaranan qalmaqaldır. Məlumata görə, rok qrupun digər üzvləri solistin davranışından son dərəcə narazıdırlar. “Rammstein”in üzvləri hesab edirlər ki, T. Lindeman onları çirkli bir oyuna alət edib, həmçinin nüfuzlarına xələl […]