Mədəniyyət

Barmenin Cennifer Lopes olduğunu görən pərəstişkarlar şoka düşdülər – VİDEO

Müğənni, aktrisa və iş qadını Cennifer Lopes Hollivudun məşhur “The Abbey” gecə klubunda barmen kimi görünərək pərəstişkarlarını təəccübləndirib. 54 yaşlı aktrisa ziyarətçilər üçün içkilər hazırlayıb, onlarla söhbət edib və xatirə şəkli çəkdirib. Bildirilir ki, pərəstişkarları yaddaqalan selfi üçün onunla şəxsən görüşmək fürsətinə sahib olduqları üçün çox seviniblər. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Mənbə: Main Style […]

Mədəniyyət

Əməkdar artist açıq ürək əməliyyatı olundu

Əməkdar artist, rejissor Sərvər Əliyev açıq ürək əməliyyatı keçirib. Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib. Rejissor əməliyyatın uğurlu keçdiyini vurğulayıb: “Ürəyimdə altı damarı dəyişiblər. Həkimlər müalicəmi davam etdirirlər. İnşallah vəziyyətim yaxşı olar”. Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb. Rejissorun ürəyinə ayrı-ayrı […]

Mədəniyyət

“Arşın mal alan” operettası Ankarada yeni quruluşda təqdim olunub – FOTO

Dahi Üzeyir Hacıbəylinin dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub. AZƏRTAC xəbər verir ki, yanvarın 13-də tamaşanın premyerası keçirilib. Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunub. Tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedov, […]

Mədəniyyət

Kinorejissor Ayaz Salayev: “Cəmiyyət biznesmenlərdən və narkomanlardan ibarət deyil” – MÜSAHİBƏ + FOTO

Ayaz Salayevin film çəkməklə bağlı arzuları ümidlərindən daha çoxdur. Durğunluğu özü üçün faciə hesab edir. Kinoda arzularını gerçəkləşdirmək üçün onun kimi düşünən, fikirləri üst-üstə düşə biləcək insanlara ehtiyacı var. Kinorejissor Ayaz Salayev “Kaspi”yə müsahibəsində kinomuzun keçmişini analiz edib, gələcəklə bağlı arzularını dilə gətirib.  – Ayaz Salayev – kinorejissor, ssenarist, pedaqoq… Belə yanaşanda bu peşələrlə ayrı-ayrılıqda məşğul […]

Mədəniyyət

Əsəri dövlət sərvəti adlandırılan rəssam: “Xahiş etdilər ki, portreti Ankaraya aparım” – MÜSAHİBƏ + FOTO

Rəsm, sənət onun üçün həyat tərzidir. Tabloları tək ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində muzeylərdə sərgilənir, evləri bəzəyir. Hətta Mustafa Kamal Atatürkə həsr olunan əsəri Türkiyə Cümhuriyyətinin sərvəti hesab olunur və “Atatürk evi”ndə sərgilənir. Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə Zebicdir. Günay xanım həm də Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin həyat yoldaşıdır. Günay […]

Mədəniyyət

“Dolu”nun Qarabağa qaytardığı ruh: Torpaq davası edirik, arvad davası yox – VİDEO

“Dolu” filmi Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara həsr olunub. Rejissor Elxan Cəfərov filmi Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkib. “Dolu” filmində hadisələr 1991-ci ilin yayında baş verir. Həmin illərdə yenicə müstəqil olmuş Azərbaycanın vahid nizamlı ordusu yox idi. Filmdə bu məsələ xüsusi qabardılır. Filmin əsas qəhrəmanlarından olan Drakon və Pələng […]

Mədəniyyət

Xalq artisti görünüşünü inanılmaz dərəcədə dəyişdi – VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayevanın inanılmaz dərəcədə dəyişimi hər kəs tərəfindən maraqla qarşılanıb. Oxu.Az xəbər verir ki, Xalq artistinin son paylaşımı müzakirələrə səbəb olub. Xanbabayevanın tanınmaz dərəcədə dəyişimi hər kəs tərəfindən təəccüblə qarşılanıb. İzləyicilər sənətkarın görünüşü ilə bağlı xoş sözlər ifadə ediblər. Xanbabayevanın bir çox müğənnilərə örnək olduğunu şərhlərdə qeyd ediblər.         View […]

Mədəniyyət

Cennifer Lopes açıq-saçıq geyimdə pərəstişkarlarını heyran qoydu – FOTO

ABŞ-li müğənni və aktrisa Cennifer Lopes açıq-saçıq libasda fotosessiyası ilə pərəstişkarlarını heyran qoyub. Oxu.Az-ın məlumatına görə, ulduz cazibədar görüntülərini özünün “Instagram” hesabında paylaşıb. Kadrlarda aktrisa dərin dekolteli qara libasda və üzərində qırmızı gül təsvirləri olan “nude” geyimdə əks olunub. Paylaşım 600 minə yaxın bəyənilib. Pərəstişkarları 54 yaşlı Lopesin təravətli görünüşünü yüksək qiymətləndiriblər. Xeberal.az

Mədəniyyət

Culiya Roberts cazibədarlığının sirrini açıqladı – FOTO

Amerikalı aktrisa və prodüser Culiya Roberts gözəlliyinin sirrini açıqlayıb. 56 yaşlı ulduzun sözlərinə görə, gənc görünməyinə yaxşı irsiyyət kömək edir. Ancaq, cəlbediciliyinin əsas sirri əri ilə xoşbəxt həyatıdır. “Yaxşı genlər, həyatdan məmnunluq. Mən bunu adətən zarafat kimi deyirəm. Amma yaxşı insanın sevgisinə inanıram. Ərimin məni sevdiyinə əminəm, o, mənə elə qayğı göstərir ki, özümü çox xoşbəxt […]

Mədəniyyət

Ayasofiyaya giriş xarici turistlər üçün pullu olacaq

Türkiyənin İstanbul şəhərində xarici turistlər üçün Ayasofiyaya giriş pullu olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumata görə, Ayasofiyanı ziyarət etmək istəyən xarici turistlərin ödəyəcəyi rüsum 25 avro (46,51 manat) olacaq. Qeyd edək ki, qanun yanvarın 15-dən qüvvəyə minəcək. Mənbə: tgrthaber Xeberal.az