Manşetüstü Mədəniyyət

O, Nəsiminin Şəmsi olmalıydı… – “Sən, niyə susursan?” filmindəki CƏMİLƏ

…Gözləri…gözləri  yenə qaynayır, par-par parıldayır.  Yaşı 60-ı çoxdan ötsə də, enerjisi hələ  tükənməyib.  Kinodan, çəkildiyi filmlərdən danışdıqca  gözləri bir az da işım-işım işıldayır. Elə bil yenə Laçının dağlarında ayaqyalın qaçan 15 yaşlı Gülbənizdi,  ya da susanda belə baxışlarıyla danışmağı, qışqırmağı, üsyan eləməyi bacaran həmin Cəmilədi. Rəna Səlimova! Çoxdandı onun adı kino aləmindən uzaq düşüb. Bir vaxtlarsa… – […]

Manşetüstü Mədəniyyət

ƏSA Teatrı “Nəsimi İli”nə “Sirri Ənəlhəqq” adlı anterpriza ilə töhfəsini verəcək

Sentyabrın 27-28-də “ƏSA” Teatrı Nizami Kino Mərkəzində “Sirri Ənəlhəqq” anterprizasını təqdim edəcək. XəbərAl.az-ın xəbərinə görə, bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib. Onun sözlərinə görə, bir neçə ay ərzində hazırlanan anterprizada Nəsimi fəlsəfəsinə yeni və maraqlı baxış ortaya qoyulub: “Anterprizada böyük mütəfəkkirin doğuluşu, biliklərini zənginləşdirmə yolu ilə kamilləşməsi, öz ideologiyasının kütləvi təbliği modern üslubda […]

Manşetüstü Mədəniyyət

Mark Eliyahu yenidən Bakıda konsert verəcək

Məşhur musiqiçi, kamançı ifaçısı Mark Eliyahu ikinci dəfə Azərbaycanda konsert verəcək. XəbərAl.az xəbər verir ki, musiqiçi noyabrın 14-də Bakıda, 15-də Gəncədə çıxış edəcək, həmin ayın 16-da isə Tbilisidə konsert verəcək. Xatırladaq ki, Mark Eliyahunun Bakıdakı ilk konserti bu ilin may ayında baş tutub. Mark Eliyahu 1980-ci illərdə Dağıstanda anadan olmuş, lakin altı yaşında ailəsi ilə birlikdə […]

Manşetüstü Mədəniyyət

“Kapadokyanın filialı” Lazada – Dağlar arxasında bir kənd var… – FOTOLAR

Nə olsun ki, zamanında ata-babalarımız “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyiblər. Elə Vətəndə də gəziləcək-görüləcək o qədər gözəl yerlər var ki. Üstəlik viza almaq dərdi yox, aviabiletlər, otel bronları kimi problemlər də yox. Ediləcək bir şey var: o da bel çanatalarınızı götürüb, yolu əlinizə alıb özünüzü dağlara vurmaqdır. XəbərAl.az-ın “Adama gəzmək qalır” rubrikasında bu dəfə […]

Manşetüstü Mədəniyyət

Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor – Ələkbər əminin NAĞILI

XəbərAl.az saytı tanınmış jurnalist Ramilə Qurbanının növbəti yazısını təqdim edir… Epiloq: Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb həvəslə yeməyə başlayır. Yeganə bala Bakıda […]

Manşetüstü Mədəniyyət

“Bizim Cəbiş müəllim” filmindəki meyxananın müəllifi açıqlandı – 50 İLDƏN SONRA – FOTO

1968-ci ildə görkəmli rejissorumuz Həsən Seyidbəylinin ekranlaşdırdığı “Bizim Cəbiş müəllim” filmində məşhur meyxana səhnəsi var. Ötən həftə bu filmlə bağlı bir veriliş çəkildi. Həmin proqramda da şahidi oldum ki, filmdə bizim söylədiyimiz və 50 ildir unudulmayan məşhur meyxananın müəllifi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır. Hər kəs o meyxananın kiməsə aid olduğunu iddia edir. Bilirsiniz, […]

Manşetüstü Mədəniyyət

“Ən böyük arzum ölməməkdir” – Ramiz Əzizbəyli

“Hər şey daxil” verilişi Xalq artisti Ramiz Əzizbəylinin evindən canlı yayım edib. XəbərAl.az bildirir ki, səhhətində problem olan aktyor artıq 9 aydır yataqda olduğunu söyləyib: “Gecə heç yatıram ki, yuxum ərşə çəkilib. 9 aydır yataqdayam, ayağım kəsilib. Onu göstərmək lazım deyil. Hərəkətsizəm, yeməyi də yedizdirirlər. Qızım mənə baxır. Sənət dostlarım da gəlib baş çəkir”. R.Əzizbəyli […]

Manşetüstü Mədəniyyət

Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ

Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum tarixidir. XəbərAl.az-ın məlumatına görə, Ü.Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacı da olub. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu […]

Manşetüstü Mədəniyyət

Arxivdən silinən tamaşa – Aktrisa 54 illik sirri açdı/Fotolar

Xalq artisti Firəngiz Mütəllimova İnstaqram hesabında paylaşdığı foto ilə diqqət çəkib. XəbərAl.az xəbər verir ki, məşhur aktrisa sosial şəbəkədə 23 yaşında çəkilmiş fotosunu yayıb. Firəngiz Mütəllimova sosial şəbəkə izləyicilərinin marağına səbəb olan paylaşımının üzərində bunları yazıb: “Əlibala Hacızadənin “Unutmaq olmur” televiziya tamaşasından fotolar… 23 yaşında həm qızı, həm də anasını oynayırdım. Çox heyf ki, tamaşa […]

Manşetüstü Mədəniyyət

İsfar Sarabski Brüsseldə konsert verib

Azərbaycanın Belçikadakı səfirliyinin bu ölkənin aparıcı mədəniyyət mərkəzi olan Brüssel İncəsənət Sarayı ilə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində 2019-cu il sentyabrın 14-də Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub. XəbərAl.az  xəbər verir ki, orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə […]