Manşetüstü Mədəniyyət

Tanınmış xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaq təhlükəsi qarşısında

Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir. XəbərAl.az xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb. Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri […]

Manşetüstü Mədəniyyət

Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Bakıda “Dreamland Golf Club Baku” kompleksinin ərazisində Dünya İslam Kulinariya Konqresi keçirilir. Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub. AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: “Bu tədbirdə 25 […]

manset Mədəniyyət

Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb – FOTOLAR

Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb. XeberAl.az xəbər verir ki, Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub. Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər […]

manset Mədəniyyət

Heydər Əliyev və milli gəmiçilik siyasəti… – Yeni kitab

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifarişi ilə “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” adlı kitab işıq üzü görüb. XeberAl.az xəbər verir ki, kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə […]

Manşetüstü Mədəniyyət

Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur

Xəbər verdiyimiz kimi, Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinin tarixi hissəsi Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar iyulun 7-də Bakıda keçiriliən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. XeberAl.az xəbər verir ki,tarixi hadisə ilə bağlı Şəki şəhərində doğulub boya-başa çatan Əməkdar artisti Gülyaz Məmmədova Oxu.Az-a açıqlama verib. O, […]

Mədəniyyət

“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş etdirilib

Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib. APA xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə təşkil edilmiş təqdimatda diplomatik […]

Mədəniyyət

Bu gündən qabiliyyət imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayır. DİM-dən Trend-ə verilən məlumata görə, qabiliyyət imtahanları 1 – 14 iyul tarixlərində keçiriləcək. İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər. V qrupa daxil olan […]

Mədəniyyət

Rusiyanın tanınmış aktyoru vəfat etdi

Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında dünyasını dəyişib. XəbərAl.az-ın məlumatına görə, bu haqda onun həmkarı E. Vitorqan İnstaqram hesabında xəbər verib. “Bu gün… Səhər saat 9-da… Saşenka Kuznetsov! Çox sağ ol, bizimlə olduğun üçün. Sən yaşamaq üçün çox mübarizə apardın. Allah rəhmət eləsin”, – deyə Vitorqan qeyd edib. Məlumat üçün bildirək ki, 70-dən çox filmdə […]

Mədəniyyət

Əməkdar artist dünyasını dəyişdi

Rusiyanın əməkdar, Dağıstanın xalq artisti Səid Əlibəyov dünyasını dəyişib. XəbərAl.az “RİA Novosti”yə isitnadən xəbər verir ki, aktyor 70 yaşında vəfat edib. Əlibəyovun ölüm səbəbi dəqiq bilinmir. Qeyd edək ki, Səid Əlibəyov 1949-cu il dekabrın 30-da Dağıstanda anadan olub. Müxtəlif teatr tamaşalarında onlarla obrazın müəllifidir.