Manşetüstü Mədəniyyət

Azərbaycanlı rəssamların əl işləri Parisdə nümayiş etdirilir

Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir. XəbərAl.az məlumat verir ki, “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Əli Şəmsi, Mehri Qulyeva, Sahib Əsədlinin əsərləri nümayiş olunur. Beynəlxalq sərgidə professional rəssamlarımızla yanaşı Clouds by Muna art-studiya və təhsil mərkəzinin balaca rəssamlarının da əsərləri sərgilənir. Milli ruhumuz, qədim və […]

Manşetüstü Mədəniyyət

Sankt-Peterburqda “Nar bayramı” keçiriləcək

Noyabrın 9-da Sankt-Peterburqun Hüquqi və İqtisadi Məlumat Kitabxanasında “Nar bayramı” adı altında Azərbaycanın Mədəniyyət və İncəsənət Günü keçiriləcək. Bu barədə XəbərAl.az Rusiya KİV-inə istinadən xəbər verir. Qeyd olunur ki, bayram Dünya Gənclər Günü və Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi çərçivəsində keçirilir, eləcə də Turizmin Təşviqi Komitəsinin “Sankt-Peterburqa səfər” şəhər tədbirləri təqviminə daxildir. “Nar bayramı” Azərbaycanda hər […]

Manşetüstü Mədəniyyət

UNESKO-da İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib – FOTO

UNESKO-da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi qeyd edilib. XəbərAl.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun baş qərargahında keçirilib. Tədbirdə Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, UNESKO-nun baş direktorunun mədəniyyət məsələləri uzrə muavini Ernesto Ottoné Ramirez, Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniyanın Giessen Universitetinin professoru Michael R. Hess cıxış ediblər. […]

manset Mədəniyyət

Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək – VİDEO

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil ediləcək. XəbərAl.az xəbər verir ki, 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı çıxış edəcək. Eləcə də konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış […]

Manşetüstü Mədəniyyət

Azərbaycan beynəlxalq mədəniyyət festivalında – FOTO

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində oktyabrın 12-13-də keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında Azərbaycan geniş təmsil olunub. XəbərAl.az xəbər verir ki, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib. Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində müxtəlif bannerlər, broşürlər, kitab […]

Manşetüstü Mədəniyyət

Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb. XəbərAl.az xəbər verir ki, təltif mərasimi Fransanın Azərbaycandakı səfirliyində keçirilib. Səfir Zakari Qros 2017-ci ildə Bakıda Milli İncəsənət Muzeyinin 80 illiyilə bağlı “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Fransa incəsənəti” adlı sərginin keçirildiyini xatırladıb. Qeyd edək ki, ötən əsrin ortalarında dünya mədəniyyətinin mühüm hadisələrini qeyd etmək məqsədilə […]

Manşetüstü Mədəniyyət

Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? – AÇIQLAMA

Xalqın oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri də  mahnıdır. Azərbaycan xalqının həyatı, mübarizəsi, duyğuları, sevinc və kədəri xalq mahnılarında öz əksini tapıb. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı – onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur. Maraqlıdır, Azərbaycanda nə qədər xalq mahnısı var? Konkret bir rəqəm göstərilirmi? Məsələ ilə bağlı Azərbaycan Milli […]

Manşetüstü Mədəniyyət

Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. XəbərAl.az xəbər verir ki, Aida İmanquliyevanın anadan olmasından 80 il ötür. Aida xanım 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan […]

Manşetüstü Mədəniyyət

UNESKO-da Nəsiminin yubileyi münasibətilə muğam konserti keçiriləcək

Oktyabrın 16-da UNESKO-nun Parisdəki qərargahında “Bahariyya” adlı muğam konserti keçiriləcək. XəbərAl.az  xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilən bu tədbir dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, böyük şairin 650 illiyinin geniş qeyd edildiyi 2019-cu il Nəsim ili elan olunub.

Manşetüstü Mədəniyyət

Tibb üzrə Nobel mükafatının laureatları AÇIQLANDI

Tibb üzrə Nobel mükafatı Uilyam Keylin, Piter Redklif və Qreq Semenzə verilib.   XəbərAl.az  xarici KİV-ə istinadən xəbər verir ki, onlar “oksigenin hüceyrələrə göstərdiyi təsiri” araşdırdıqları üçün bu mükafatı qazanıblar. Xəbəri Stoqholmda Nobel Komitəsi elan edib. Mükafatlandırma mərasimi hər il dekabrın 10-da Alfred Nobelin vəfat etdiyi gün keçirilir.