Mədəniyyət

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkilir – FOTO

“Emmy”nin 10 mükafatına sahib olan “Çernobıl” serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Bildirilir ki, filmdə baş rolu “Saltburn” və “The Banshee of İnisherin” filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni […]

Mədəniyyət

Pol Makkartninin 60 il əvvəl oğurlanmış 15 milyon dollarlıq gitarası inanılmaz yerdən tapıldı – FOTO

Britaniyalı musiqiçi, “Beatles” qrupunun həmtəsisçisi və sabiq üzvü Pol Makkartninin uzun illər əvvəl oğurlanmış “Höfner 500/1” gitarası geri qaytarılıb. Söhbət Almaniyanın “Höfner” şirkətinin istehsalı olan və Makkartninin 1961-ci ildə sahib olduğu skripkaya bənzər korpusa malik məşhur musiqi alətindən gedir. Gitara 1972-ci il oktyabrın 10-da onun mikroavtobusundan naməlum şəxslər tərəfindən oğurlanıb. 2023-cü ildə istehsalçı şirkət tərəfindən “Höfner […]

Mədəniyyət

Ustad şair Məmməd İsmayılın vəziyyəti ağırdır

Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. Oxu.Az xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb. O bildirib ki, şairin səhhətində problemlər yaranıb və ona kömək lazımdır. “Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti və dəstəyi lazımdır. […]

Mədəniyyət

Bədii filmlərin çəkilişləri üçün yaranmış borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək

Bədii filmlərin çəkilişləri üçün yaranmış bütün borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək. Bu barədə Kino Agentliyi məlumat yayıb. Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edilib. “Mədəniyyət nazirinin əmri ilə, nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Kino Agentliyi tərəfindən […]

Mədəniyyət

“Brilyant əl”də rolu ilə tanınan aktrisa dünyasını dəyişib – VİDEO

“Brilyant əl” filmində rolu ilə tanınan rusiyalı aktrisa Viktoriya Ostrovskaya 85 yaşında vəfat edib. Bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat verib. “Aktrisa Viktoriya Ostrovskaya vəfat etdi. O, “Brilyant əl” filmində iştirak etmişdi. Uzun illər əvvəl Leonid Qaydayın köməkçisi onu elə küçədə görmüş və çəkilişə dəvət etmişdi. Rejissorun parlaq aktrisaya ehtiyacı var idi və […]

Mədəniyyət

Castin Biber həyat yoldaşı ilə birlikdə dondurma satıb – FOTO

Müğənni Castin Biber və həyat yoldaşı model Heyli Biber supermarketdə işləyiblər. Məlumata görə, məşhurlar “Sevgililər Günü” ərəfəsində supermarketdə dondurma satıblar. Heyli Biber piştaxtanın arxasında dayanaraq şərbətlə desert hazırlayıb. Müğənni xanımına kömək edib, müştərilərə dondurma verib. Model xalq qarşısına qara eynək və qırmızı kostyumda çıxıb. Sənətçi qara dəri gödəkçə, papaq və eynək taxıb. Qeyd edək ki, […]

Mədəniyyət

Bredli Kuper məşhur aktrisa ilə kameralara tuş gəlib – FOTO

Aktyorlar Bredli Kuper və Emma Stoun bir-birini qucaqlayarkən kameralara tuş gəliblər. Bredli Kuper və Emma Stoun fevralın 12-də Beverli-Hillsdə keçirilən 96-cı “Oskar” mükafatlarına namizədlərin nahar yeməyində iştirak ediblər. Aktrisa tədbirdə qara gödəkçədə, bej rəngli əlavəli şalvarda və hündürdaban ayaqqabıda görünüb. Sənətçi xalq qarşısına ağ köynək, boz gödəkçə, tünd sviter, yaşıl şalvar və qəhvəyi çəkmə ilə […]

Mədəniyyət

Çingiz Mehdipur: “İnsan aşiq olmasa, heç nə ola bilməz, nə aşıq, nə başqa bir şey” – MÜSAHİBƏ + FOTO/VİDEO

“İndiki aşıqların çoxu ədəbiyyatı yaxşı bilir, amma musiqidən heç anlayışları yoxdur. İfa etdikləri sazı qoysan qabaqlarına, desən ki, bunun haqqında danış, susarlar. Çünki musiqi təhsili almayıblar, bilmirlər ki, ifa etdikləri sazın pərdə düzümü və ya kökləri hansı interval əsasında düzülüb və bu musiqi aləti necə köklənir….” Bunu Oxu.Az-a müsahibəsində “Dalğa” qrupunun və “Rövşən” musiqi məktəbinin yaradıcısı, […]

Mədəniyyət

Cavanşir Quliyevin son vəziyyəti AÇIQLANDI

“Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşıdır”. Oxu.Az xəbər verir ki, bu barədə onun yaxın dostu Ramiz Mirzəyev məlumat verib. R.Mirzəyev Cavanşir Quliyevin əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib. Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır […]