Mədəniyyət

Nizami və Füzuli ərəb dilində: Qətər Milli Kitabxanasında bir sıra tədbirlər keçirildi – FOTO

Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib. “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə […]

Mədəniyyət

Alimlər dünyanın ən təhlükəli ilanlarının zəhərlərinə qarşı universal antidot yaradıblar

ABŞ-nin Kaliforniya ştatındakı “Scripps Research” tibb institutunun mütəxəssisləri dünyanın ən təhlükəli ilanlarının, o cümlədən kral kobra və qara mambanın zəhərini zərərsizləşdirən preparat hazırlayıblar. Tədqiqat “Science Translational Medicine” (STM) elmi jurnalında dərc olunub. Antidot bir çox ilan növlərində olan əsas toksini bloklayan anticismə əsaslanır. Sözügedən kəşf geniş spektrli zülallardan istifadə etməklə insanın immunçatışmazlığı virusu (İİV) ilə […]

Mədəniyyət

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub – FOTO

Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib.  Oxu.Az xəbər verir ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı […]

Mədəniyyət

Anar: “Mövlud Süleymanlı ilə bağlı xatirələrimdə yazacağam”

“Yaxın dostumu itirdim”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib. A.Rzayev mərhumla bağlı xatirələrindən yazacağını qeyd edib: “Allah ona qəni-qəni rəhmət etsin. Çox üzgünük. Onunla bağlı xatirələrimdə yazacağam. İndi nə isə danışmaq çox çətindir. O, gözəl yazıçı, insan və dost idi. Onun əsərləri […]

Mədəniyyət

Orxan Fikrətoğlu: “Mövlud Süleymanlı Azərbaycan nəsrinin son azmanlarından idi”

“İctimaiyyət kimi itirdiyini anlamalıdır”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının vida mərasimində iştirak edən yazıçı-jurnalist Orxan Fikrətoğlu deyib. O.Fikrətoğlu yazıçı ilə bağlı xatirələrindən danışıb: “Azərbaycan ictimaiyyəti, ədəbiyyatı üçün ağır itkidir. O, Azərbaycan nəsrinin son azmanlarından idi. Mifik təfəkkürün, türk düşüncəsinin və türk dilinin Azərbaycanda yaradılmasında böyük körpünün üzərindən keçən yazıçılardan biri idi. […]

Mədəniyyət

Mövlud Süleymanlının oğlu: “Şamaxıda anasının və qardaşının yanında dəfn olunacaq”

“Vəsiyyətini yerinə yetirmək borcumuzdur”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının kiçik oğlu Elay Balakişiyev deyib. O, yazıçının fevral ayının 5-də insult keçirdiyini qeyd edib:  “Dərhal xəstəxanaya yerləşdirdik. O gündən dünənə qədər komada idi. Müalicə ilə bağlı hər şey oldu. Sonda tab gətirə bilmədi. Saat 6-da zəng edib dedilər ki, atanız dərmanları qəbul […]

Mədəniyyət

Dima Bilan Bakıda konsert verəcək

Rusiyanın Əməkdar artisti, “Avroviziya 2008” beynəlxalq mahnı müsabiqəsinin qalibi Dima Bilan Bakıda konsert verəcək. Oxu.Az xəbər verir ki, konsert oktyabrın 16-da Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq. Xatırladaq ki, bu, ifaçının Azərbaycanın paytaxtına ilk səfəri deyil. Qeyd edək ki, rusiyalı sənətçi karyerası ərzində bir çox musiqi mükafatlarına layiq görülüb, onun Azərbaycanda da kifayət qədər pərəstişkarı var. […]

Mədəniyyət

Xalça sərgisi və möhtəşəm konsert: Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib – FOTO/VİDEO

Fevralın 21-də Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinə start verilib. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən bir sıra tədbirlər fevralın 24-dək davam edəcək. Azərbaycan mədəniyyət nümunələrinə təqdimatına həsr edilən tədbir şəhərin təkcə alış-veriş yeri deyil, həm də mədəniyyət mərkəzi sayılan məşhur “Souq Vaqif”(Souq Waqif) bazarında keçirilir. Mədəniyyət evlərindən birinin həyətində “Azərxalça” ASC-nin sərgisi və Azərbaycan […]

Mədəniyyət

Beyons daha bir rekorda imza atdı

Amerikalı müğənni Beyons daha bir rekord qırıb: O, “Billboard” kantri-çartında birinci olan ilk qaradərili sənətçidir. Belə ki, fevralın 11-də yayımlanan “Texas Hold ‘Em” çartda birinci olub, başqa bir mahnısı “16 Carriages” isə doqquzuncu yerdə olub. “Billboard Hot 100”də mahnılar müvafiq olaraq 2-ci və 38-ci yerləri tutur. Qeyd edək ki, Beyons karyerası ərzində səkkiz dəfə “Billboard […]

Mədəniyyət

Lola Astanova: “Görünüşüm istedadımı kölgədə qoymur” – FOTO

Sabah dünya şöhrətli pianoçu Lola Astanova Azərbaycanda ilk konsertini verəcək. Musiqiçi Azərbaycan səhnəsindəki debütü ərəfəsində yaradıcılıq planlarını, Bakı səfərinin təəssüratlarını media nümayəndələri ilə bölüşüb, həmçinin qarşıdan gələn konsertdən danışıb. – Bu, Azərbaycanda ilk konsertinizdir. Səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz… – Böyük səbirsizliklə Bakıya gəlməyi gözləyirdim. Ölkənizdə çoxlu pərəstişkarlarım var. Onların bir çoxu sosial şəbəkələrdə konserti səbirsizliklə […]