Mədəniyyət

Mövlud Süleymanlının oğlu: “Şamaxıda anasının və qardaşının yanında dəfn olunacaq”

Sharing is caring!


“Vəsiyyətini yerinə yetirmək borcumuzdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq yazıçısı Mövlud Süleymanlının kiçik oğlu Elay Balakişiyev deyib.

O, yazıçının fevral ayının 5-də insult keçirdiyini qeyd edib:

 “Dərhal xəstəxanaya yerləşdirdik. O gündən dünənə qədər komada idi. Müalicə ilə bağlı hər şey oldu. Sonda tab gətirə bilmədi. Saat 6-da zəng edib dedilər ki, atanız dərmanları qəbul etmir. Dünyasını dəyişdi. Vəsiyyəti var idi. Anasının və qardaşının yanında dəfn olunsun. Onun vəsiyyətini yerinə yetiririk. Şamaxıda anasının və qardaşının qəbrinin yanında dəfn olunacaq. Saat 12:00-da yola düşəcəyik. Sabah üç mərasimi keçiriləcək”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir