Kriminal

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO/VİDEO

Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib. İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə […]

Kriminal

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi: Beş vəkil müdafiə edir

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, proses Dadaş İmanovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən sabiq hakimi beş vəkil – Elməddin Məmmədov, Azər Babayev, Vüqar Mahmudov, Seymur Zeynalov və Vəfadar Piriyev – müdafiə edir. Dövlət ittihamçısı isə Zaur Qasımovdur. Növbəti məhkəmə prosesi […]

Kriminal

Dələduzluğa görə həbs edilmişdi: Cəzaçəkmə müəssisəsində öldü

Bakıda məhbus cəzaçəkmə müəssisəsində vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum edilən Mahir Naib oğlu Cəbiyev cəzasını çəkdiyi 17 saylı müəssisədə dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil. Faktla bağlı ekspertiza təyin edilib, araşdırma aparılır. Xeberal.az

Kriminal

Efirdə dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva “Space” TV-də yayımlanan verilişlərin birində onun ünvanına böhtan və təhqirlər səsləndirib. O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna […]

Kriminal

Yasamalda dörd kiloqram narkotik ələ keçirilib

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, həmin şəxsdən dörd kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib. H.Rzayevin daxil olduğu narkoşəbəkənin […]

Kriminal

MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report”un xəbərinə görə, Bakı Hərbi […]

Kriminal

Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib. Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş […]

Kriminal

Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxacaq – VİDEO

Sumqayıt şəhərində məşq zamanı yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib. Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. […]

Kriminal

Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular – FOTO

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında […]