Kriminal

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib – FOTO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bunu Oxu.Az-a Respublika Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun […]

Kriminal

Bir mənzili müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. […]

Kriminal

Qohumunu öldürən qadın: “Bıçaqla vurduqdan sonra hirsim soyumadı…”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada qohumunu öldürməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, rəsmi məlumata görə, 2021-ci ilin oktyabrın 8-də rayonun Şəmətük […]

Kriminal

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb. Onun əlindəki çantaya keçirilən baxış zamanı bir ədəd “AK-74” markalı avtomat, 30 ədəd […]

Kriminal

Avropaya getmək vədi ilə Azərbaycana gətirilən əcnəbilər saxlanılıblar – VİDEO

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb. Xidmətdən verilən xəbərə görə, bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən […]

Kriminal

Bakıda MTK rəhbəri həbs olundu

Bakıda vətəndaşların əmlakını məhv etməkdə təqsirləndirilən MTK rəhbəri həbs olunub. Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil-Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır. İstintaqla kooperativin sədri Əli Məmmədovun […]

Kriminal

Federasiyanın sabiq vitse-prezidentinə hökm oxundu

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, ötən prosesdə prokuror Eldar Həmzə çıxışı zamanı məhkəmədən […]

Kriminal

Gömrük Komitəsinin rüşvətdə günahlandırılan sabiq vəzifəli şəxsi bəraət istəyir

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib. Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və […]

Kriminal

Azərbaycanda banka rəhbərlik etmiş ata və oğul yenidən məhkəmə qarşısında

Lisenziyası ləğv edilən “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib. Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, bir neçə il beynəlxalq […]