Kriminal

Məşqçi ilə ana sevgili olub, 3 ay əvvəl ayrılıblar – ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağın ölümündə təqsirləndirilən idmançı Mehman Xəlilovun məhkəməsində şok faktlar üzə çıxıb. Xəbəral.az bildirir ki, “News24.az”ın iddiasına görə, sonuncu məhkəmə prosesində məlum olub ki, 7 yaşlı uşağın anası Aynurə Məlikova ilə Mehman Xəlilov bir müddət sevgili olub. Hadisədən 3 ay əvvəl onların mübahisəsi yaranıb və ayrılıblar. A. Məlikova iddia edib […]

Kriminal

Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı inzibati məsuliyyətə əsas verəcək

Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verəcək. APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının […]

Kriminal

Oğuz sakini meşədə öldürülüb, meyiti basdırılıb

Sentyabrın 14-də saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Pərvin Əlfəddin oğlu Məmmədov olduğu […]

Kriminal

Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə […]

Kriminal

Bakıda toyda dava: Qonaqlar polis bölməsinə aparıldılar – TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 2002-ci il təvəllüdlü Osman tanışı Teymura xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən şadlıq saraylarından birinin həyətyanı sahəsində baş verib. Orada Osman Teymurun sifət nahiyəsinə bir dəfə zərbə vurub və onu yerə yıxaraq xəsarətlər yetirib. Hadisəni törədən Osmanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və […]

Kriminal

Kriminal aləmdə tanınmış şəxsi öldürməyə cəhddə təqsirləndirilənlər hakim qarşısına çıxarılıblar

Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Report”un məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məlum olub ki, təqsirləndirilən şəxslər ittiham aktı ilə tanış olublar. Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin məhkəmə istintaqı dövründə ev dustaqlığına […]

Kriminal

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb – VİDEO

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar […]

Kriminal

MN polkovnik-leytenantının xanımına qarşı külli miqdarda dələduzluq – 390 minlik cinayət işi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən lombard sahibi Adilə Nəsibovanın (soyad şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qaynarinfo”nun məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 1979-cu ildə İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş “lombard Adilə” kimi tanınan şəxs 6 il 6 ay müddətinə azadlıqdan […]

Kriminal

Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü – VİDEO

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrində Qala qəsəbəsində yaşayan Sevinc Cəfərova adlı qadının qətlə yetirilməsi barədə məlumat daxil olub. Hadisə Xaşaxuna bağlar massivində, nömrəsiz fərdi evdə baş verib.   İstintaqla müəyyən edilib ki, fevralın 23-də səhər saat 9-da Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovanı mətbəxdən götürdüyü bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. İş […]

Kriminal

Ağdaşda “Kalaşnikov” avtomatı tapılıb – FOTO

Ağdaşda “Kalaşnikov” avtomatı tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xosrov kəndi ərazisindəki su kanalından nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı tapılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az