Kriminal

Xudatda bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib – VİDEO

Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri birgə  tədbirlər […]

Kriminal

Suriyada döyüşən azərbaycanlıya 10 il həbs cəzası verilib

Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə ittiham olunan Bəxtiyar Şıxıyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. “Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində […]

Kriminal

Keçmiş deputatın məhkəməsi başlayıb, 17 milyon manatlıq iddia qaldırılıb

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, “Aqrarkredit” ASC məhkəmədə mülki iddia qaldırıb. ASC dəymiş ziyana görə D.Xəlilovdan 17 milyon 735 min manat kompensasiya tələb edir. Müşavirədən sonra məhkəmə qərarı elan […]

Kriminal

Məhkəmə “PubG”yə görə gənci bıçaqlayan şəxsə həbs cəzası verdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum […]

Kriminal

Balakəndə narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıblar – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı  əməliyyat keçirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də   məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli  şəxs […]

Kriminal

Bakıda kütləvi dava olub, bıçaqlananlar var

Bakının Nəsimi rayonunda kütləvi dava zamanı üç nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərinin birində baş verib. Belə ki, kafedə dava zamanı 1996-ci il təvəllüdlü Nəsibov Orxan Sabutay oğlu, 1996-ci il təvəllüdlü Zeynalov Ceyhun Mübariz oğlu və 1991-ci il təvəllüdlü Məmmədli Orxan Atamoğlan oğlu müxtəlif xəsarətlər alıb. […]

Kriminal

Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb. APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb. Xeberal.az

Kriminal

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Faktlarla bağlı Sabirabad […]

Kriminal

Borca görə axtarışda olan 160 nəfər saxlanılıb

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 191, o cümlədən borclu şəxs qismində axtarışda olan 160 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 25, qanunsuz […]

Kriminal

Ağdaş sakini Bakıda hosteli soydu

Ağdaş sakini Bakıda hosteldən oğurluq edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, notbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani […]