Kriminal

Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb – FOTO/VİDEO

Qazax Rayon Polis Şöbəsinin Qazaxda Müvəqqəti Saxlama Yerinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Qazax Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə narkotik vasitə keçirməkdə şübhəli bilinən rayon sakini tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qazax rayon sakini olan 35 yaşlı Maral Osmanova Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı […]

Kriminal

Döyülən qadını müdafiə edən Vətən müharibəsi iştirakçısını öldürən şəxs məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev […]

Kriminal

Bakıda gənc idmançını öldürən şəxslə bağlı qərar – VİDEO

Bakı Apellyasiya Məhkəməsində Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum […]

Kriminal

Suraxanıda qadını kirayə qaldığı evdə öldürüblər – YENİLƏNİB + VİDEO

Növbəti qadın cinayətinin ünvanı Suraxanı rayonu Hövsan qəsəbəsidir. Belə ki, 45 yaşlı Könül Cəfərova tanışı Hüseynov Səbuhi tərəfindən yaşadığı mənzildə paltarla boğularaq qətlə yetirilib. Mərhumun qonşularının dediyinə görə, K.Cəfərova kirayədə qalıb. Əvvəl bağçada işləyib. Dul qadın olub, bir qızı və bir nəvəsi var. Qeyd edək ki, Könül Cəfərovanı paltarla boğan Səbuhi Hüseynov polisə gedərək könüllü təslim […]

Kriminal

Qubad İbadoğluna əlavə ittiham verildi

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğluna əlavə ittiham verilib. “Qafqazinfo”nun məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Məlumatı Q.İbadoğlunun vəkili Zibeydə Sadıqova təsdiq edib. İş üzrə ibtidai istintaq davam edir. Qeyd edək ki, Qubad İbadoğlu ötən […]

Kriminal

Məhkəmə-Hüquq Şurasının və məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxs ifşa edilib – VİDEO

Məhkəmə-Hüquq Şurasının və məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxs ifşa edilib. Oxu.Az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib. Bildirilib ki, vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, […]

Kriminal

Bakıda hipermarketə basqınla bağlı həbs edilənlərin sayı artıb: Məhkəmə başlayır – VİDEO

Bakıda hipermarketə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Bundan başqa, cinayət işi üzrə əvvəlcədən elan olunmuş təqsirləndirilən şəxslər – Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdan əlavə, istintaq dövründə […]

Kriminal

Xəzər dənizində platformadan suya düşərək ölən şəxslərlə bağlı araşdırma aparılır

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşən və nəticədə boğularaq ölən şəxslərlə bağlı araşdırma aparılır. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və […]

Kriminal

Qubadakı dəhşətli cinayətin TƏFƏRRÜATI: Sevgilisinin sifarişi ilə güllələndi, üstünə beton töküldü – VİDEO

Quba sakini İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək Beyləqanın Türklər kəndində yaşayan və orada təsərrüfat fəaliyyəti ilə məşğul olan qardaşı İldırımın doqquz ay əvvəl naməlum şəraitdə yoxa çıxması ilə bağlı məlumat verib. İldırım Fərhadovun qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova isə yaxınlarına onun Rusiyaya istirahətə getdiyini deyib.  İlqar Fərhadovun qardaşı ilə bağlı müraciətindən sonra dərhal […]

Kriminal

Suraxanıda tanışını paltarla boğub öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Avqust ayının 24-ü saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. […]