Kriminal

İki dövlət qurumunu aldadıb 9 milyon manatı mənimsəməkdə təqsirləndirilən şəxsə prokuror cəza istədi

9 milyon manat mənimsəmədə ittiham olunan “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, […]

Kriminal

Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi

Abşeron Rayon Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Qafar Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Məhkəmənin hökmü ilə Qafar Qafarov üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv […]

Kriminal

Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 […]

Kriminal

Bələdiyyə sədri məhkəməyə verildi

Birinci Çaylı bələdiyyəsinin sədri Saməddin Nüsrəddin oğlu Səmədzadə məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, S.Səmədzadə ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciəti Aqrar Kredit və İnkişaf Agentliyi edib. Mahiyyəti lizinq müqaviləsi üzrə mübahisələr olan iş hakim Almaz Süleymanovanın icraatındadır. Xeberal.az

Kriminal

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən ikimərtəbəli evlərin birində yanğın baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, nəticədə 150 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb. Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli […]

Kriminal

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir pulemyot, iki tapança, bir qumbara, altı tüfəng, iki patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Xeberal.az

Kriminal

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib – FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər […]

Kriminal

Əfv sərəncamı kimlərə şamil olunacaq? – VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edildi”. Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. “Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var […]

Kriminal

Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Tver məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücumla bağlı təqsirləndirilən şəxslərin evində saxta qeydiyyatını təşkil edən Aşurov soyadlı şəxs barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Tver şəhərinin Moskva Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən evdə terror aktında iştiraka görə həbs edilən İslamov A.İ. və İslamov D.İ. qeydiyyata salınıblar. […]

Kriminal

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, […]