Kriminal

Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub

Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub. APA-nın yerli bürosuna bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əfqan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Daşkəsəndə bıçaqlanma baş verib. 1990-ci il […]

Kriminal

Daşkəsəndə kişi kürəyindən bıçaqlandı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin qarşısında qeydə alınıb. 1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. […]

Kriminal

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir. Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur. Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi […]

Kriminal

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb

Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman və Rüfət Əsədovun həbs müddəti uzadılıb. “Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub. Qərara əsasən, onların hər biri barəsində olan həbs qətimkan tədbiri daha bir ay uzadılıb. Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin qərarına […]

Kriminal

Bakıda oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər tutuldular – VİDEO

Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək VAZ-2107 markalı avtomobilin qaçırıldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əyyar Əliyev, Elgiz Hacızadə və Rafiq Məmmədli saxlanılıblar. […]

Kriminal

Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi – FOTO/VİDEO

Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilova hökm oxunub. “Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son söz deyib. Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. […]

Kriminal

Bakıda keçmiş məhkum bank yarmaq istədi – ANBAAN VİDEO

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi əməkdaşları tərəfindən alınıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon […]

Kriminal

Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu – FOTO

Mart ayının 19-da Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin […]

Kriminal

Qaradağda 10 min manatlıq oğurluq olub

Qaradağda 10 min manatlıq oğurluq olub. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb. Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 […]

Kriminal

Azərbaycanda partiya sədri saxlanılıb

Sosial şəbəkələrdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir. Xeberal.az