Kriminal

Əjdər Ol yenidən Ali Məhkəməyə müraciət etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) Ali Məhkəməyə müraciət edib.  Qaynarinfo-nun məlumatına görə, işə Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq. Ötən ilin avqust ayında Əjdər Ol cəzasının yüngülləşdirilməsi üçün kassasiya şikayəti vermişdi. Ötən ilin dekabr ayında apellyasiya qərarından verilmiş kassasiya şikayətini geri götürmüşdü.  Qeyd […]

Kriminal

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya […]

Kriminal

Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb – VİDEO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün […]

Kriminal

Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb

Abşeron rayonu Fatmayı qəsəbəsində evlərdən birindən 8 000 manat pul və 8 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Sulutəpədə azyaşlını maşın vurub parçaladı

Paytaxtın Sulutəpədə qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az xəbər verir ki, azyaşlını avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, iri qabaritli avtomobil azyaşlını vurduqdan sonra sürüyüb və meyit parçalanıb.  Hadisəni törədən sürücü isə qaçıb. Əraziyə polis və təcili yardım briqadası cəlb olunub. Araşdırma aparılır. Xeberal.az

Kriminal

Qaynı evinə qonaq gəldi, arvadını döydü – TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü Adil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Həmidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az xəbər verir ki, hadisə ötən ilin iyulun 4-də, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib. Adil həmin ərazidə olan evində qaynı Zaurun onun icazəsi olmadan yaşadığı evə gəlməsi səbəbindən arvadı Həmidə ilə […]

Kriminal

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) […]

Kriminal

Abşeronda 30 yaşlı kişinin meyiti tapılıb

Abşeronda kişi meyiti tapılıb. “Report”un yerli bürosu məlumat verir ki, hadisə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1994-cü il təvəllüdlü Kamran Azər oğlu Hacızadənin meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Cəmil Məmmədliyə hökm oxundu

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub. “Report”un yerli bürosu məlumat verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını […]

Kriminal

Dövlət Komitəsi ailə məhkəmələrinin yaradılmasını təklif edir

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb. APA xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” […]