İqtisadiyyat

Qaradağ GES xarici investisiya hesabına tikilən yaşıl enerji layihələrinin başlanğıcıdır – ŞƏRH + FOTO

“Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) Azərbaycanda xarici investisiya hesabına inşa olunan yaşıl enerji layihələrinin başlanğıcıdır”. Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayev bildirib. Onun sözlərinə görə, ölkədə ilk sənaye miqyaslı bərpa […]

İqtisadiyyat

Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq

“Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir”. APA-nın xəbərinə görə, bunu Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən “Azərbaycan-Çin Münasibətlərin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda konfransdakı çıxışı zamanı bildirib. O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı fürsətlər mövcuddur: “Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin […]

İqtisadiyyat

Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş konfrans işə başlayıb – FOTO

Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfrans öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, konfransın bölmə iclaslarında “Qlobal və Regional Dinamika: Azərbaycan və Çindən baxış”, “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji”, “Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə […]

İqtisadiyyat

Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 milyon manatdan çox artıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun depozit portfeli 34,81 milyard manat təşkil edib. APA-nın hesablamalarına görə, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,8% və ya 262,1 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bu rəqəm 34,55 milyard manat təşkil edib. Qeyd edək ki, bank sektorunun depozit portfelinin 66%-i ən böyük üç bankın payına (ABB, […]

İqtisadiyyat

KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək

Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq. Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi […]

İqtisadiyyat

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrdə sektorun cəmi kredit portfeli isə 4% və […]

İqtisadiyyat

Azərbaycan və Pakistan iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib. O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli […]

İqtisadiyyat

Azərbaycan banklarının xalis mənfəəti 313 mln. manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyyat mənfəəti isə 463,7 milyon manat təşkil […]

İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatı nə qədərdir? – CƏDVƏL

Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, bunun 83,1%-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9%-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin I rübündə ölkənin […]