İqtisadiyyat

Elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların SİYAHISI

Nazirlər Kabineti “Elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu siyahıya dövlətə məxsus 38 qurum, idarə, səhmdar cəmiyyət və xəstəxanalar daxil edilib. Tam siyahı ilə buradan tanış ola bilərsiniz. Xeberal.az

İqtisadiyyat

Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR

Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat yayıb. Bildirilib ki,  ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” […]

İqtisadiyyat

Xəbərsiz olan vətəndaşlar, yaranan borc: Şirkət sahibi olduğumuzu necə öyrənə bilərik? – ARAŞDIRMA + FOTO

İki il öncə iş yoldaşından kredit götürmək üçün köməklik göstərməsini xahiş edən şəxsin başına iş gəlib. Belə ki, Kürdəmir rayon Ərəbqubalı kənd sakini Rahid Hüseynov Bakıda işləyərkən ona pul lazım olur və iş yoldaşına kredit götürmək istədiyini deyib. Rahidin iddiasına görə, tanışları onu “ASAN Xidmət” mərkəzinə apararaq sənədlərə qol çəkdiriblər. Onun sözlərinə görə, bir il […]

İqtisadiyyat

Muxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir – FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir. Oxu.Az xəbər verir ki, bu barədə COP29-un sosial media hesabında məlumat yayılıb. “COP29 Turində G7-nin İqlim, Enerji və […]

İqtisadiyyat

İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb. Bu barədə nazir “X” hesabında bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq […]

İqtisadiyyat

Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib. Bu barədə nazir “X” hesabında bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, […]

İqtisadiyyat

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib. Bu barədə nazir “X” hesabında bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə […]

İqtisadiyyat

Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcək. Oxu.Az xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində İslam İnkişaf Bankının 50 illiyinə həsr olunmuş Qızıl Yubileyi və İllik Toplantısında, həmçinin Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” […]

İqtisadiyyat

Bölgələrdə kartofun qiyməti ucuzlaşdı – VİDEO

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur. Xezerxeber.az xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər. Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən narazı olduğunu  bildirirlər. Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm […]

İqtisadiyyat

Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? – VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü? İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı danışarkən deyib ki, əlavə vəsaitlər həm investisiya, həm ölkənin müdafiənin qabiliyyətinin […]