İqtisadiyyat

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”. “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel – Sahibkarlar Günü ilə bağlı müraciətində bildirib. “Bu gün qarşımızda daha ümdə vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə töhfə vermək hər birimizin mənəvi borcumuzdur. Biz bugünkü günlərin arzusu ilə […]

İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq

“Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların layihələrini dəstəkləyən xüsusi investisiya mənbələri və əlavə güzəştli kreditlər sistemini hazırlayıb təqdim etməyə hazırlaşır”. “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel – Sahibkarlar Günü ilə bağlı müraciətində bildirib. Nazir sahibkarları işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında biznes qurmağa dəvət edib. “Dövlət […]

İqtisadiyyat

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə dəyişiklik edilib. Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər siyahısından […]

İqtisadiyyat

Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək Azərbaycana öz nailiyyətlərini, iqlim dəyişikliyi problemləri və ətraf mühit hadisələri ilə mübarizədə effektivliyini nümayiş etdirmək üçün əla imkan yaradır”. Bunu “Report”a açıqlamasında Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun Baş elmi işçisi Laslo Vaşa deyib. Macarıstanlı ekspertin fikrincə, COP29-un əhəmiyyəti həm də ondan ibarətdir ki, […]

İqtisadiyyat

Vüqar Bayramov: “Dövlət büdcəsinin 821,7 milyon manat məbləğində profisiti yaranıb”

“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub”. Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Deputat, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin profisit yarandığını deyib. “Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox […]

İqtisadiyyat

Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb – FOTO

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb (https://www.fdiintelligence.com/content/rankings-and-awards/top-100-fastestgrowing-fdi-destinations-2024-83627). Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika […]

İqtisadiyyat

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır

Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək üç şəhər, beş qəsəbə və 24 kəndin salınması planlaşdırılır. “Report” xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib. “Bu təşəbbüslər müasir şəhərsalma prinsiplərinə əsaslanır və […]

İqtisadiyyat

“fDi Intelligence”: Bakı 2023-cü ildə birbaşa investisiyaların artımına görə üçüncü yerdədir

Bakı “2023-cü ildə birbaşa xarici investisiyalar (FDI) ilə ən sürətlə inkişaf edən şəhərlər” siyahısında üçüncü yeri tutub. “Report” bu barədə “fDi Intelligence” tərəfindən açıqlanan FDI reytinqinə istinadən xəbər verir. “Siyahıda üçüncü yeri ötən il 2017-ci ildən bəri ən çox FDI layihələrini qeydə alan Azərbaycanın paytaxtı Bakı tutur. Bir neçə logistika sahəsində layihə ilə yanaşı, Macarıstanın […]

İqtisadiyyat

İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 12-də keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Hərracda Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən […]

İqtisadiyyat

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə müzakirələr aparıb – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamentinin (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə görüşüb. Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir. Məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla davam etdirildiyi bildirilib. Böyük Britaniya […]