İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobuslar istehsal olunacaq

“İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır”. Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Seymur Adıgözəlov bildirib. “Agentlik “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf starategiyası”na uyğun olaraq “yaşıl enerji” üzrə transformasiya layihələri həyata keçirir. Bununla bağlı ən böyük sənaye parkı olan Sumqayıt […]

İqtisadiyyat

Azərbaycan avtomobil idxalını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 113,4 milyon ABŞ dolları dəyərində 6 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,5% çox və 10,0% azdır. İlk ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün […]

İqtisadiyyat

Elektromobillərin sığorta tarifi niyə artırıldı? – AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb. Mərkəzi bankdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. Qaydalara edilmiş son dəyişikliyə əsasən, elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal […]

İqtisadiyyat

Daxili emal üçün xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir – FOTO

“Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir”. Bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında yazıb. Bildirilib ki, bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində […]

İqtisadiyyat

“Azərsığorta”nın lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərsığorta” ASC-nin lisenziyasını ləğv edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında AMB-nin İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə […]

İqtisadiyyat

Bakıda camış əti dana əti adı ilə satılır? – İDDİA + VİDEO

Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır. Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar. Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub. Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti […]

İqtisadiyyat

Büdcəyə daxil olan izafi gəlir əslində nəyə əsaslanmalıdır ?

Pərviz Heydərov yazır… Dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsaitin daxil olması beşinci ildir ki, davam edir. Bu sahədə ilk hal 2019-cu ildə qeydə alınmışdı ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdi. Təkcə bir faktı qeyd edim ki, 2019-cu ildə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfert 150 milyon manat azaldıldı. Eyni […]

İqtisadiyyat

Biznes ideyası olan gənclərin nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulunu elan edilir. Təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər. Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda […]

İqtisadiyyat

Mikayıl Cabbarov: “Arzum budur ki, sənaye zonalarının birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək”

“Bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək”. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayılov […]

İqtisadiyyat

2024-cü ildə Laçında daha 5 SES istismara veriləcək – FOTO/VİDEO

“Alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili yaşıl dünya naminə həmrəylik ili elan edərək COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda yaşıl enerjinin əhatəsi sürətlə genişləndirilir”. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb. Bildirilib ki, xüsusən də işğaldan […]