İqtisadiyyat

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 bənd az, 2023-cü il yanvarın 1-i ilə müqayisədə isə 6,8 bənd çoxdur. Ötən il dekabrın sonuna manatın real effektiv məzənnəsi 121,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1 bənd, […]

İqtisadiyyat

Ələt azad iqtisadi zonasının inkişafı ilə bağlı yaradılan İşçi qrupun tərkibində dəyişiklik edildi

“Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilib.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.  Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılan İşçi qrupun tərkibi yeni redaksiyada verilib: “İşçi qrupun […]

İqtisadiyyat

Ekspert: “Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır”

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, “Report”a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir: “Ermənistanın yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. […]

İqtisadiyyat

Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 milyon manatdan çox artıb

2023-cü ildə Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 504 milyon 992,7 min manata bərabər olub. APA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 27,3% və ya 108 milyon 305,5 min manat çoxdur. 2022-ci ildə həyat sığorta şirkətləri 396 milyon 687 min manat sığorta haqqı toplaya bilib. […]

İqtisadiyyat

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin Siyahısı

“Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin Siyahısı” təsdiqlənib.  AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  Qərara əsasən, mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin mühafizəsi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına təmin edilir. Həmin siyahı ilə buradan tanış ola bilərsiniz. Xeberal.az

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,27 ABŞ dolları və ya 0,31% artaraq 86,60 ABŞ dollarına yüksəlib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin […]

İqtisadiyyat

Dünyanın ən varlı insanlarının siyahısı məlum oldu

Fransız iş adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun yaradıcısı və prezidenti Bernard Arno “Forbes”in qiymətləndirməsinə görə yenidən planetin ən zəngin insanları siyahısına başçılıq edir. Əvvəllər bu siyahıda lider “Tesla” və “SpaceX”-in yaradıcısı İlon Mask idi. Qeyd olunur ki, 74 yaşlı Arnonun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb. Onun LVMH şirkətlər qrupuna […]

İqtisadiyyat

DİQQƏT: Köhnə buraxılışlı olan dollar əlinizdə yana bilər – AÇIQLAMA + VİDEO

Köhnə buraxılışlı olan dollarlar dövriyyədən çıxarılır. Vətəndaşlar həmin pul vəsaitini manata dəyişmək istədikdə çətinliklərlə üzləşiblər. Bəs maraqlıdır, bankların həmin köhnə buraxılışlı dolları daha ucuz kursa dəyişməsi nə dərəcədə doğrudur? Ətraflı Baku TV-nin süjetində: Xeberal.az

İqtisadiyyat

Azərbaycanda çörək ucuzlaşa bilər? – ARAŞDIRMA

Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb. Bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar. 2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23% azdır. Ucuzlaşma […]

İqtisadiyyat

Dünyada görülməmiş ilk edam üsulu – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. “Rusiyada inqlab təşkil etmək alınmayacaq”. Bu ölkənin Xarici Kəşfiyyat Xidməti Qərbin planını ifşa etdi. Amerika Birləşmiş Ştatları BMT-yə qarşı çıxdı. Alabama ştatında azot qazı ilə ilk edam həyata keçirildi. Bakıda dəm qazından boğularaq ölən qardaşların atası danışdı. “Whatsapp+” işlədənlərə xəbərdarlıq. Bank hesabınızdan pullar oğurlanır. Daha ətraflı BAKU NEWS-un 20:00 […]