İqtisadiyyat

Azərbaycan hökuməti inflyasiya ilə bağlı proqnozunu artırıb

Bu il Azərbaycanda orta illik inflyasiya 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib. “İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% […]

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı vətəndaşlara SMS-lə cavab verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra kağız daşıyıcı vasitəsilə daxil olan müraciətlərdə vətəndaşın mobil nömrəsi qeyd olunarsa, həmin müraciətlərin qeydiyyatı və cavablandırılması barədə müraciət sahibinə SMS-bildiriş göndərəcək. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Xatırladaq ki, indiyə qədər yalnız elektron müraciət edən vətəndaşların elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə müraciətlərinin qeydiyyatı barədə bildirişlər göndərilirdi. Xeberal.az

İqtisadiyyat

SOCAR prezidenti “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb. SOCAR-dan verilən məlumata görə, görüşdə “ACWA Power” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib. Bu xüsusda ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanıldığı və bu layihənin […]

İqtisadiyyat

Azərbaycanda bank olmayan kredit təşkilatlarına kredit kartı buraxmaq səlahiyyəti verilib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının kredit kartlarının emissiyası qaydası müəyyən olunub. Bununla bağlı Prezident İlham Əliyevin “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanununun tətbiqi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 […]

İqtisadiyyat

Dövlət və özəl qurumların iştirakı ilə ictimai müzakirə audit və qiymətləndirmə fəaliyyətinə həsr olunub- FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Audit və qiymətləndirmə fəaliyyəti” mövzusunda ictimai müzakirə təşkil olunub.  Bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, biznes […]

İqtisadiyyat

SOCAR-la “Qalatasaray” arasında saziş imzalanacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” ilə İstanbulun “Qalatasaray” klubu arasında Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanacaq. Bu barədə idman klubundan məlumat verilib. Bildirilib ki, müqavilənin imzalanma mərasimi iyulun 31-də baş tutacaq. Qeyd olunub ki, müqavilə 2023-2024 mövsümündən başlayaraq, üç illik müddət üçün nəzərdə tutulub. Xeberal.az

İqtisadiyyat

İllərdir həlli tapılmayan problem: “Bir mənzil 37 adama satılıb” – ARAŞDIRMA + FOTO

Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem hələ də qalmaqdadır. Bu problem Sosial Tədqiqatlar Mərkəzinin müvafiq hesabatında da əksini tapıb. Mərkəzin sədri, millət vəkili Zahid Orucun sözlərinə görə, qeyri-rəsmi məlumatlara əsasən, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir: “Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik […]

İqtisadiyyat

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirilib – FOTO

28 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib. Göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək […]

İqtisadiyyat

“Binaların qabağına gəlirlər”: Sakinlərin kabusuna çevrilən sahibsiz itlər – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Xocalı soyqırımını dünyaya çatdıran amerikalı jurnalist Tomas Qoltz vəfat etdi. Prezident İlham Əliyev başsağlığı verdi. Güzəştli mənzillərin növbəti seçimi başa çatdı. Nə qədər şəxs mənzil sahibi oldu? “Binaların qabağına gəlirlər…”. Sakinlərin kabusuna çevrilən sahibsiz itlər. Mingəçevirdəki problem nə vaxt həllini tapacaq?   Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

İqtisadiyyat

Parklanmadan yığılan pulların bir qismi DİN və AYNA-nın işçilərinin sosial təminatına xərclənəcək

Azərbaycanda dövlətə məxsus parklanma yerlərindən yığılan ödənişlərin bir hissəsi yığımı həyata keçirəcək qurumlar öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xərcləyə biləcək. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib. Yeni qaydaya görə, bu vəsaitin 50 %-ni Daxili İşlər Nazirliyi (DİN), 30 %-ni isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi […]