İdman

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb. O, bu barədə öz “X” hesabında paylaşım edib. Görüşdə ölkəmizdə güləş idman növünə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələrdən bəhs olunub. “Azərbaycanda  təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris – 2024 Yay Olimpiya Oyunlarına […]

İdman

“Fənərbağça”dan Superkubok qərarı: “Qalatasaray”la oyuna kimlər çıxacaqlar?

“Fənərbağça”nın sədr müavini Erol Biləcik klubun Superkubok matçı üçün U19 komandası ilə Şanlıurfaya gedəcəyini açıqlayıb. “Dünən yekdilliklə qəbul edilən dörd maddəlik qərarımız var idi. Müəyyən şərtlərlə təfərrüatı danışdıq, öz yol xəritəmizi hazırladıq. “Qalatasaray”la Superkubok matçı üçün bir daha Türkiyə Futbol Federasiyasına məktub göndərdik. Münasib tarixə təxirə salınmasa və əcnəbi hakim təyin olunmasa, U19 yığmamızla oyunu […]

İdman

Azərbaycan Basketbol Liqası: “Xırdalan” çətin qələbə qazanıb – FOTO

Azərbaycan Basketbol Liqasında 16-ci tura start verilib. Oxu.Az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Xırdalan” və “Sərhədçi” klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan “Xırdalan” məhsuldar oyunun yekununda rəqibi üzərində 112:105 hesablı qələbəyə sevinib. Məğlubiyyətə baxmayaraq, “Sərhədçi” pley-off şanslarını davam etdirir. Ən məhsuldar basketbolçular “Xırdalan”dan Cakori Arçi (35 xal, 5 asist), “Sərhədçi”dən […]

İdman

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Qəbələ”ni minimal fərqlə məğlub edib – YENİLƏNİB + VİDEO

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Oxu.Az-ın məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları ilk matçlarını birincilərin evində keçiriblər. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb. Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. […]

İdman

Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub – FOTO

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Oxu.Az-ın məlumatına görə, beşinci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub. Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar. […]

İdman

TFF qalmaqallı “Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı cəzaları AÇIQLADI

Türkiyə Futbol Federasiyası qalmaqallı “Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı pul cəzaları kəsib. Belə ki, “Trabzonspor” klubu altı rəsmi oyunu boş tribunalar önündə keçirəcək, üstəlik kluba arenada baş vermiş özbaşınalıqlarla əlaqədar 3 milyon 112 min türk lirəsi cərimə kəsilib. “Trabzonspor”un məşqçisi Egemen Korkmaz bir görüşdə texniki zonada yer almayacaq. Üstəlik, o, 13 min Türkiyə lirəsi (687 manat) […]

İdman

Təcavüzdə ittiham olunan Dani Alveş zaminə buraxılıb

İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş azadlığa buraxılıb. Bu barədə “Marka” nəşri məlumat yayıb. Keçmiş müdafiəçi yekun qərar çıxarılana qədər həbsdə olmayacaq. Barselona məhkəməsi son hökm çıxana qədər onun evinə buraxılmasını qərara alıb. Alveş bunun üçün bir milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, Dani Alveş 2023-cü il yanvarın 20-də gecə klubunda […]

İdman

Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq. Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, görüş martın 26-da baş tutacaq. Xeberal.az

İdman

Azərbaycanlı hücumçu İsveç çempionatının ən bahalı futbolçuları sırasındadır

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən bahalı futbolçuları sırasındadır. Bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) məlumat yayıb. Bildirilib ki, “Yurqorden” klubunun oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur. 21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir. Xeberal.az

İdman

Azərbaycanın gimnastika millisi Portuqaliyadakı turnirə qatılacaq

Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq “12-ci Kantanhede beynəlxalq açıq yarışı”na qatılacaq. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnast turnirdə mübarizə aparacaq. Bunlar Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova […]