İdman

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri). Oxu.Az-ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu […]

İdman

Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub. Oxu.Az xəbər verir ki, bu barədə Federasiyanın Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medal qazanıb. O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna […]

İdman

Bundesliqa: “Bayer” “Ştutqart”a təslim olmadı – VİDEO

Almaniya Bundesliqasında artıq çempionluğu təmin etmiş “Bayer” “Ştutqart”a məğlubiyyətdən son anda qurtulub. Leverkuzen komandası öz ənənəsinə uyğun olaraq 90+7-ci dəqiqədə fərqlənib və hesabına daha bir xal yazıb – 2:2. Beləliklə də, Xabi Alonsonun yetirmələri 81 xalla digər klublar üçün əlçatmazdır. “Ştutqart” isə 64 xalla 3-cü sıradadır.   Xeberal.az

İdman

Samir Abasov Xavi ilə görüşdü – FOTO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir. Sportal.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan S.Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib. Qeyd edək ki, […]

İdman

Renat Dadaşov qol vurdu, komandası uduzdu – VİDEO

Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində “Hatayspor” “Başakşehir”i qonaq edib. Meydan sahiblərinin heyətində çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov matçda komandasının yeganə qoluna imza atıb. Lakin bu Hatay klubuna kömək olmayıb. Belə ki, bunadək onlar artıq iki top buraxıblar – 1:2. Qeyd edək ki, hazırda “Hatayspor” 33 xalla turbir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Onun […]

İdman

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”dan üstün oldu – VİDEO

Türkiyə çempionatının 34-cü turu İstanbul derbisilə əlamətdar olub. “Fənərbağça” öz meydanında əzəli rəqibi “Beşiktaş”ı qəbul edib. Oyun “qara qartallar” üçün heç də yaxşı başlamayıb. 24-cü dəqiqədə komanda azlıqda qalıb. Az sonra say üstünlüyündən yararlanan ev sahibləri hesabı açıblar. Bayşuayi fərqlənib. 69-cu dəqiqədə Kahveci hesabı artırıb. 82-ci dəqiqədə Tosun vurulan qollardan birinin əvəzini çıxıb. Bu nəticədən […]

İdman

“Yuventus” – “Milan” matçında qalib müəyyənləşmədi

İtaliya A Seriyasının 34-cü turunun “Yuventus” – “Milan” qarşılaşmasında komandalar vurduğu qollarla azarkeşlərini sevindirə bilməyiblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Hazırda 34 oyundan sonra 70 xal toplayan “Milan” 2-ci, “Yuve” isə 65 xal toplayaraq 3-cü pillədə qərarlaşıb. İtaliya çempionatının cari mövsümündə komandalar daha əvvəl 9-cu turun matçında üz-üzə gəliblər. Həmin qarşıdurmada “Qoca […]

İdman

Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib – VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb. Oxu.Az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar – “Sabah” və “Səbail” kollektivlərinin duelində birincilər qələbə qazanıb – 2:0. “Bank Respublika Arena”da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib. Bu nəticənin […]

İdman

“Mançester Yunayted” autsayderlə bacarmadı – VİDEO

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir. Doğma meydanda “Börnli”ni qəbul edən “Mançester Yunayted” qələbəni son anda əldən verib. 79-cu dəqiqədə mankunianlar hesabı açsalar da, 87-ci dəqəqdə qapılarında qol görüblər – 1:1. Hazırda “qırmızı şeytanlar” 54 xal toplayaraq turbir cədvəlində 6-cı yerdə qərarlaşıblar. “Börnli” isə 24 xalla 19-cudur.    Xeberal.az

İdman

Yaponiya çempionatında qəribə hadisə: Yarıçılpaq şəxs… – FOTO

Aprelin 27-də “Yokohama F.Marinos” və “Serezo” komandaları arasında Yaponiya çempionatının onuncu tur oyunu keçirilib (2:2). Qarşılaşma başlamazdan əvvəl komandalarla birlikdə sağ ayağı gipsdə olan yarıçılpaq kişi meydançaya çıxıb. Məlum olub ki, bu, uşaqlar üçün maarifləndirici videoları ilə tanınan yapon komediyaçısı Yoşio Kojimadır. O, hakimləri, futbolçuları, azarkeşləri salamlayaraq meydanı tərk edib. Qeyd edək ki, “Serezo” Yaponiya […]