İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq – FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər. İdman.biz xəbər verir ki, yığmanın heyətində iki idmançı yer alıb. Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq. Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq. Xeberal.az

İdman

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda ittiham olunublar. Komi məhkəməsi onları qiyabi həbs edib. Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçısı və keçmiş deputatı “terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib. Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi […]

İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Oxu.Az xəbər verir ki, Malik Həsənov (63,5 kq) üçüncü görüşündə Din Klensini (İrlandiya) məğlub edib. Milli üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq. Bununla da yarımfinala […]

İdman

“Neftçi”nin baş məşqçisi: “İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”

“İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: “Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim”. Monteneqrodan […]

İdman

Azərbaycan Basketbol Liqası: “Sabah” müntəzəm mövsümü birinci pilllədə başa vurub

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XVIII turuna start verilib. Oxu.Az-ın məlumatına görə, günün yeganə matçında “Sabah” və “Xəzri” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma “Sabah”ın qələbəsi ilə bitib – 77:65. Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Sabah” müntəzəm mövsümü birinci pillədə başa vuracaq. “Xəzri” hələlik 31 xalla ikincidir. Qeyd edək ki, turun […]

İdman

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb. Oxu.Az-ın məlumatına görə, o, yarışın üçüncü günündə 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb. Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə Avropa çempionu olub, ikinci günündə eyni məsafəyə kəpənək üsulu ilə üzmədə gümüş medal qazanıb. […]

İdman

“Atletik”in əfsanəsi komandanı tərk edir

İspaniya təmsilçisi “Atletik Bilbao”nun yetirməsi İker Munyain komandanı tərk edir.  Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  İker “Bilbao”da 15 mövsüm oynayıb, 557 qarşılaşmada iştirak edib. Munyain komanda ilə birlikdə İspaniya kuboku ilə yanaşı, 2 dəfə ölkə superkubokunu qazanıb. Xatırladaq ki, yarımmüdafiəçinin 31 yaşı var və o, 2009-cu ildən “Atletik”də çıxış edib. Xeberal.az

İdman

Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşib – FOTO

Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib. Federasiyadan verilən məlumata görə, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqramda yer alan sərbəst güləşçilər mübarizə aparıblar. Fövqəladə Hallar Nazirliyi (FHN) İdman-Sağlamlıq Klubunda keçirilən çempionatın ikinci günündə beş çəki üzrə 200 güləşçi qüvvəsini sınayıb. Medal qazanan güləşçilər aşağıdakılardır: 48 kq 1. Hacıhüseyn Əhmədzadə […]

İdman

“Neftçi”nin kapitanı “Qarabağ”la bugünkü oyunu buraxacaq

“Neftçi”nin kapitanı Emin Mahmudov bu gün “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək. Bu barədə Oxu.Az-a “ağ-qaralar”ın Mətbuat Xidmətindən məlumat verilib. Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq. Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək. Xeberal.az

İdman

“Sumqayıt” – “Qarabağ” oyununa iki mindən çox bilet satılıb

Azərbaycan Premyer Liqasının XXXII turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununa indiyədək 2100-dən çox bilet satılıb. Bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, satılan biletlər 3, 5 və 10 manatlıq sektorlarda çoxluq təşkil edir: “Bu səbəbdən əvvəlcə iki beşmanatlıq sektor (8A və 8B) satışa açılmışdısa, marağın güclü olduğunu və artıq həmin yerlərə çox […]