İdman

“Səbail” “Araz Naxçıvan”a qalib gəldi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub. Oxu.Az xəbər verir ki, son oyun günü “Araz Naxçıvan” “Səbail”i qəbul edib. “Liv Bona Dea” arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb. […]

İdman

Bakıda keçirilən yarışda birinci olan gimnast: “Əziyyətimin bəhrəsini gördüm”

“Əziyyətimin bəhrəsini gördüm”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə çıxışda birinci olan Sofiya Raffaeli deyib. İtaliyalı gimnast bildirib ki, Azərbaycan paytaxtında təşkil olunmuş yarış onun üçün uğurlu alınıb: “Gürzlərlə hərəkətdə birinci, halqa ilə isə ikinci yerin sahibi oldum. Nəticəmdən çox şadam. Əziyyətimin bəhrəsini gördüm”. 20 yaşlı gimnast Bakıda təşkil olunan […]

İdman

“Mançester Siti” rekord qırdı

“Mançester Siti” İngiltərə kubokunun yarımfinalında “Çelsi”ni darmadağın edərək rekorda imza atıb. Belə ki, “şəhərlilər” üçün bu, bütün turnirlərdə 29-cu məğlubiyyətsiz qarşılaşmadır. Onların 23 qələbəsi və altı heç-heçəsi var. Bu, klub rekordudur. Komanda sonuncu dəfə dekabrın 6-da, Premyer Liqada “Aston Villa”ya səfərdə (0:1) uduzub. Mənbə: championat.com Xeberal.az

İdman

Premyer Liqa: “Kəpəz” “Sabah”a məğlub oldu – VİDEO

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində “Kəpəz” “Sabah”la üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda gəncəlilər 1:2 hesabı ilə uduzub. Paytaxt təmsilçisinin heyətində hesabı 12-ci dəqiqədə Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil komandasının üstünlüyünü iki topa çatdırıb. “Sarı-göylər”in heyətində Olavale Onanuqanın 61-ci dəqiqədə vurduğu qol yekun nəticəni təyin edib […]

İdman

ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”

“Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm”. “Report” xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Hüqo Alonso Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib. Qurum rəsmisi Bakının dünya paytaxtları arasında xüsusi nüfuzunun olduğunu və tanındığını bildirib: “Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə […]

İdman

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

“Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb”. “Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, Milli Gimnastika Arenasında keçirilən tədbirdə Azərbaycana gələn qonaqların Bakını gəzdiklərini və adət-ənənələrimizlə yaxından tanış olduqlarını bildirib: “Sevindirici […]

İdman

Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb

Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub. Adı çəkilənlər “üçlük” proqramında uğurlu çıxış ediblər. Xeberal.az

İdman

“Neftçi”nin legioneri Rumıniyaya qayıdacaq?

“Neftçi”nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu “ÇFR Kluj”un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, “ÇFR Kluj”un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmin komandada başlayacaq: “Məncə, Dan Petresku Matiası geri qaytarmaq üçün bütün gücünü səfərbər edəcək. O, “Kluj”a baş məşqçi təyin edilərsə, […]

İdman

“Həm “Neftçi”yə, həm də oğluma olan sevgim bitməz” – Açdığı plakatla məşhurlaşan ata DANIŞDI

Dünən Misli Premyer Liqasının XXI turunda “Zirə” “Neftçi”ni məğlub etdi – 3:1. Offsideplus.az xəbər verir ki, görüşdən sonra “qartallar”ın üzvü Fuad Bayramovun atasının matç zamanı qaldırdığı “Oğlum Fuad, qol vur, atan sevinsin!” pankartı gündəm olub. Müdafiəçinin də qarşılaşmada fərqlənməsi sosial media istifadəçilərinin marağına səbəb oldu. Etibar dayı açdığı pankartla, oğlunun futbolda çəkdiyi əziyyətlərlə bağlı fikirlərini […]

İdman

Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı beynəlxalq yarışda iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin üç üzvü fərdi çıxışda final mərhələsinə vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb. Qeyd […]