Hüquq

DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqləndi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə və Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. […]

Hüquq

Səudiyyə Ərəbistanının Baş prokuroru Şuşaya səfər edib

Mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevlə birlikdə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qonaqlar öncə “Qarabağın hava qapısı” hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava […]

Hüquq

Nazir nöqsanlara görə işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında nöqsanlarına görə işdən azad edilən rəislə bağlı yeni təyinat olub. Xəbəral.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.  Nazirin əmri ilə, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin işdən azad edilən rəisi, polis mayoru Aqşin Əhmədov Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib. Qeyd edək […]

Hüquq

Bakı şəhərinə yeni prokuror təyin edilib

Bakı şəhərinə yeni prokuror təyin edilib. Xəbəral.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub. E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.  Kamran Əliyevin […]

Hüquq

DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb

“Tərəfimizdən həyata keçirilmiş zəruri əmliyyat nəticəsində Azərbaycan silahlı qüvvələrinə zəruri dəstək verilib”. Xəbəral.az xəbər verir ki, bunu DTX rəisinin müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib. İ.Musayevin sözlərinə görə, dövlət başçısının 1315 saylı müvafiq sərəncamına uyğun olaraq DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb: “Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən […]

Hüquq

Ağsu, Oğuz və Salyana yeni prokurorlar təyin olunub

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb Ağsu, Oğuz və Salyan rayonlarına yeni prokurorlar təyin olunub. Xəbəral.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Sumqayıt şəhər prokurorun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub. Bundan başqa, Ağsu rayon prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad […]

Hüquq

Vilayət Eyvazov keçmiş polis rəisini İŞDƏN ÇIXARDI

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Rəhim Novruzov vəzifəsindən azad edilib. “Xəbəral” “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə R.Novruzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, R.Novruzov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, xeyli müddət Laçın və Cəlilabad rayonlarının […]

Hüquq

Kamran Əliyev 3 rayona prokuror TƏYİN ETDİ

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib. Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb. Əmrlərə əsasən, Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib. Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə […]

Hüquq

Həbs edilən məmur vəzifəli şəxslərdən rüşvət alıbmış – Yenilənib

Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub. “Qafqazinfo” xəbər verir ki, R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi […]

Hüquq

“Nur” çörək zavodundakı ölümlə bağlı işçiyə hökm oxundu

Bakıda çörək zavodunda qadının ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Nərimanov rayon Məhkəməsində “Nur” çökəkbişirmə zavodunun işçisi, 1988-ci il təvəllüdlü Jalə Nurəliyevaya hökm oxunub. O, ehtiyatsızlıq edərək iş yoldaşı, 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın faciəvi şəkildə ölümünə səbəb olmaqda ittiham edilib və Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan […]