Hadisə

Astarada çayda batan şəxsin meyiti tapıldı

Astarada çayda batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, noyabrın 22-də Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb. İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə

Qubada postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib

Quba rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib. Bu barədə  DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba RPŞ-nin əməkdaşları […]

Hadisə

Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq mənimsəmədə ittiham olunur

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb. Xəbəral.az APA-ya istinadən xəbər verir ki, M. Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb. Dəymiş zərər yarım milyon manatdan çoxdur. M. Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, […]

Hadisə

Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürdü

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xəbəral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]

Hadisə

Koronavirus testinin nəticəsi müsbət çıxdığı halda karantin rejimini kobud şəkildə pozan şəxs saxlanılıb

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Sabirabad Rayon Prokurorluğunun  məlumatında bildirilib ki, rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun COVID-19 virusu ilə bağlı noyabrın 11-də verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin […]

Hadisə

Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı

Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Goranboy rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili […]

Hadisə

Sərnişin daşıyan koronaviruslu taksi sürücüsünə cinayət işi başlandı

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Ağstafa rayon prokurorluğundan  verilən məlumata görə, rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu 07.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv […]

Hadisə

Bakıda fəhlə 9-cu mərtəbədən yıxılıb öldü

Bakıda tikintidə daha bir ölüm hadisəsi baş verib. Binəqədi rayon prokurorluğundan  verilən məlumatda bildirilir ki. noyabrın 21-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan 9 mərtəbəli yaşayış binasının dam örtüyünün […]

Hadisə

Nardaran qəsəbəsindəki qəbiristanlıqdan silah-sursat tapılıb

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və tapılması məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsində yerləşən qəbiristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb. Həmin […]

Hadisə

Baş Prokurorluq: Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edilib

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, […]