Hadisə

Azərbaycan sərhədçilərini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirildi

Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini öldürən şəxslər hadisə yerindən qaçaraq, Yardımlı rayonu ərazisində dağlarda gizləniblər. Mayın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edilib. Həmin şəxs təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların […]

Hadisə

Rusiyadakı səfirliyimizin qarşısında qəfil ölüm

Mayın 17-də səhər saat 08:50-də Azərbaycanın Rusiyadakı Səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o dünyasını dəyişib. “Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılmış və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya […]

Hadisə

Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT

Azərbaycanın Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb. XəbərAl.az xəbər verir ki, səfirliyin feysbuk səhifəsində yayımlanan bəyanatda bildirilir: “16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə […]

Hadisə

“TikTok” videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı – Video

Bakıda sükan arxasında video çəkən sürücü işdən çıxarılıb.  “XəbərAl.az” xəbər verir ki, bu barədə Oxu.az-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov məlumat verib.  O bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib: “Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi, ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu […]

Hadisə

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb. XəbərAl.az xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib. DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant […]

Hadisə

AzTV-də yoxlama aparılır

“Azərbaycan Televiziya və Radio Verilişləri”Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. XəbərAl.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib. O, iki həftədir aparılan audit yoxlamasının hazırda davam etdiyini, yoxlamalar başa çatandan sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini deyib. XəbərAl.az

Hadisə

Fərhad Əhmədovun işçiləri etiraz edir — Maaşı verilmir (FOTOLAR)

Təsisçisi tanınmış iş adamı Fərhad Əhmədov olan “Teymur Əhmədov adına Aznar QSC”-nin tabeçiliyində olan “Grante trading” şirkətində işləyən işçilərin maaşları 4 aydır verilmir.  Xəbəral.az Demokrat.az-a istinadən xəbər verir ki, dövlətə maddi yardım etdiyi bildirilən şirkətdə işdən çıxan işçilərin belə maaşları verilmir. Hətta bəzi işçilərin maaşları onların razılığı olmadan azaldılır Xəbəral.az

Hadisə

Tanınmış rəqqasə: “Aslan Hüseynovun bacısı reanimasiyadadır”

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının vəziyyəti pisləşib. XəbərAl.az xəbər verir ki, o, reanimasiyaya yerləşdirilib. Bu haqda rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib. Ötən gün mərhum sənətçinin Gəncədə keçirilən yas mərasiminə qatılan Fatimə “Ailə pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən […]

Hadisə

Binadan üzərinə daş düşən 14 yaşlı oğlan vəfat etdi

Bakıda həyətdə gəzərkən binanın fasadından qopan daş parçası üzərinə düşən 14 yaşlı Əli Şabanov xəstəxanada vəfat edib. “XəbərAl.az” xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb. “Kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ə.Şabanov bu gün vəfat edib. Məlumatı hüquq-mühafizə orqanlarından təsdiqləyiblər. XəbərAl.az