Hadisə Manşetüstü

Vəba epidemiyası ölkəni sardı – 705 ölü

Bu il Yəməndə 460 mindən çox insan vəbaya yoluxub. XeberAl.az Trend-ə istinadən bildirir ki, yoluxanlardan 705 nəfər artıq dünyasını dəyişib. Statistik rəqəmləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak yoluxanlar arasında 200 min nəfərin azyaşlı oluğunu qeyd edib. Onun sözlərinə görə, bu il qeydə alınan yoluxma halları artıq ötənilki göstəricini üstələyib: “Ötən il vəbadan […]

Hadisə Manşetüstü

FHN əməkdaşları toyda dava saldılar – Oynamaq üstündə…

FHN əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar. Kütləvi dava zamanı xəsarət alanlar olub. Bu haqda Azerinfo.tv-yə məlumat verən mənbəmiz bildirib ki, hadisə bazar günü, 7 iyul tarixində baş verib. Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər […]

Hadisə Manşetüstü

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: toya gedən 8 nəfər faciəvi şəkildə öldü (YENİLƏNDİ)

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir. Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil. Ağır qəzada xəsarət alan iki nəfər […]

Hadisə

Lənkəranda bədbəxt hadisə: it 2 yaşlı uşağın üzünü qoparıb

Liman şəhərində it uşağa hücum edib və üzünü yaralayıb. APA-nın verdiyi məlumata görə, bədbəxt hadisə Liman şəhərində baş verib. Şəhər sakini, 2017-ci il təvəllüdlü Nərmin Emin qızı Hüseynova valideyni ilə küçədə gəzərkən sahibsiz itin hücumuna məruz qalıb. Dəri defektli sol gözaltı nahiyənin və burnun sağ payının əzilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən […]

Hadisə

Bakıda 40 yaşlı kişini döyərək ayağını sındırıblar

Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Mehriban Qonşular küçəsində 1979-cu il təvəllüdlü Kərimov Kərim tanımadığı şəxslər tərəfindən döyülüb. Nəticədə onun sol ayağı sınıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə

Bakıda ata və oğlu iki nəfəri döyərək xəsarət yetirib

Bakının Nizami rayonunda iki nəfər ata və oğul tərəfindən döyülüb. APA xəbər verir ki, 1977-ci il təvəllüdlü Musayev Sərxan Yaqub oğlu və 1966-cı il təvəllüdlü Bağırov Nuri Zaman oğlu naməlum şəxslərin fiziki zorakılığına məruz qalıb. İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər ata və oğul olub. S.Musayev və N.Bağırovun Qarabağ müharibəsi əlilləri olduğu deyilir. […]

Hadisə

Şəkidə azyaşlı kimyəvi maddə içərək zəhərlənib

Şəkidə 4 yaşlı uşaq kimyəvi məhluldan zəhərlənib. APA-nın məlumatına görə, iyulun 5-də axşam saat 21:00 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2015-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Cəfərov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildiriblər ki, müayinə zamanı 4 yaşlı S.Cəfərovun yaşadığı ünvanda ehtiyatsızlıqdan maddələri durultmaq üçün istifadə edilən […]

Hadisə

Abşeronda qadın ruhi-əsəb xəstəsi olan kürəkəni tərəfindən döyülüb

Abşeron rayonunda kürəkən qayınanasını döyüb. APA-nın məlumatına görə, hadisə Novxanı qəsəbəsi, İ.Qayıbov küçəsində baş verib. 1976-cı il təvəllüdlü Əhmədova Elnarə Həsənağa qızı döyülmə xəsarətləri ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ruhi-əsəb xəstəsi olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Bakıda qadın tanışı olan kişini bıçaqlayıb

Bakıda 40 yaşlı kişi qadın tərəfindən bıçaqlanıb. APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsi, İmanov küçəsi 28 ünvanında 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Özünün dediyinə görə, Fatma adlı qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.