Gündəm

Şuşa və Ağdam müntəzəm marşrutları üzrə sərnişin daşıyacaq sürücülərə mina təhlükəsinə dair təlimlər keçirilib

İşğaldan azad edilmiş ərazilərə müntəzəm marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb edilib. Qeyd edək ki, yanvarın 24-dən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Təlimlərdə […]

Gündəm

llektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub. 20 Yanvar faciəsi ümumxalq faciəsi olmaqla yanaşı, Azərbaycan xalqının istiqlal uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Qanlı yanvar hadisələrinə ilk siyasi-hüquqi […]

Gündəm

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

“Nar”ın dəstəyi ilə “Canli kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər. Səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin etmək […]

Gündəm

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır. Yeni yaradılan elektron sistem müvafiq […]

Gündəm

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla videokonfrans formatında görüş keçirib

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında videokonfrans formatında görüş keçirilib. Videokonfrans zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. İki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, bu dəhlizlərə əlavə yük axınlarının cəlb olunması, eləcə də daşımaların inkişafı üçün […]

Gündəm

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib. Onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı hazırkı vəziyyət, mövcud problemlər və həlli vacib məsələlər müzakirə edilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri, Dövlət Komissiyasının sədri Rəşad Nəbiyev komissiyanın yeni format və tərkibdə yaradılmasının bu sahədə olan boşluqların aradan qaldırılmasına və radiotezlik idarəçiliyi sahəsində işlərin […]

Gündəm

Avtovağzallardakı vəziyyət və sərnişin axınının bərpası məsələləri müzakirə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə görüş keçirilib. Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub. Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib. […]

Gündəm

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə onlayn formatda görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında onlayn görüş keçirilib. Görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda Azərbaycan və Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) çərçivəsində əməkdaşlıq imkanları barədə danışılıb. Həmçinin BTİ-nin növbəti Səlahiyyətli Konfransı […]

Gündəm

Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) təlimləri regionlarda davam etdirilir. Bölgələrdə gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən “İT texnik” təlimində iştirak təqaüd proqramı əsasında olacaq. Təlimləri “İKT LAB” Tətbiq və Tədris Mərkəzi Zaqatala, Mingəçevir, Şamaxı, Gəncə və Şəki şəhərlərində yerləşən tədris mərkəzlərində keçirəcək. Digər regionlardan olan […]

Gündəm

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

2022-ci il üçün Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında yekun bölgüsü başa çatıb. Bölgüyə əsasən daşıyıcılar onlara ayrılmış “İcazə blankları”nı cari ilin 31 yanvar tarixinədək təhvil ala bilərlər. “İcazə blankları”nın avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında bölüşdürülməsi prosesini ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Xüsusi Komissiya həyata keçirib. Belə ki, […]