Gündəm

Ramiz Mehdiyev istefa verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. Bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib. M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb. Xəbəral.az

Gündəm

Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti oldu

İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf vəzifəsindən azad edilib. Xəbəral.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə R.Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib. Xəbəral.az

Gündəm

Agentliyin dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlara tibbi, hüquqi və psixoloji xidmətlər təşkil ediləcək

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB fevral ayının 1-dən “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman […]

Gündəm

Cəmil Həsənlinin nəvəsi açıq-saçıq fotosesiya etdi-Fotolar

Xəbəral.az xəbər verir ki, Bu yaxınlarda model kimi fəaliyyətə başlayan Aytən Həsənli bir müddət öncə 18-ci doğum gününü qeyd edib və bəzi fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkilləri “Mən model olmamışam, model kimi doğulmuşam..” başlığı ilə paylaşıb.Modellik fəaliyyətinə yeni başlayan Aytən valideynlərinin təkidi ilə uşaq yaşlarında gimnastika ilə məşğul olduğunu, həmişə model olmaq arzusu ilə […]

Gündəm

Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlərə dair seminar keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminar keçirib. Tədbirdə informasiya texnologiyaları və nəqliyyat sahələri üzrə ekspertlər, ictimai fəallar, QHT, biznes sektoru nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Seminarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qarşıya qoyduğu vəzifələr və hədəflərdən bəhs edilib. Eyni […]

Gündəm

“Azərpoçt” MMC yeni xidmət portfoliosunu açıq elan edir

“Azərpoçt” MMC ölkədə fəaliyyət göstərən sahibkarlara əməkdaşlıq təklif edir. Azərbaycanda ən böyük şəbəkəyə malik olan, bütün şəhər və rayonlarda 1500-dək şöbə ilə xidmət göstərən “Azərpoçt” əhaliyə əlçatanlıq imkanlarını nəzərə alaraq, eyni zamanda təcrübəsinə və beynəlxalq nümunələrə əsaslanaraq biznes sahiblərinə “Retail” xidmətini təqdim edir. Xidmətin əsas mahiyyəti sahibkarlarla birgə işləyərək vətəndaşlara sabit qiymət siyasəti əsasında xidmət […]

Gündəm

Astaraçay üzərində avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər. Sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

Gündəm

Azərbaycan telekanalları HD formata keçir

Azərbaycanın televiziya kanalları HD formatda yayıma başlayacaq Bakı, 25 yanvar 2022 – “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək. Bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir […]

Gündəm

Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib

İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib. Onlar cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən […]

Gündəm

Şuşa və Ağdam istiqamətlərində şəhərlərarası ilk müntəzəm avtobus marşrutları istifadəyə verildi

İşğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları bu gün istifadəyə verildi. Uzun illər doğma yurdlarının nisgili ilə yaşayan vətəndaşlar hazırda üçrəngli bayrağımızın dalğalandığı torpaqlarına ziyarətə yollandılar. İllərin Vətən həsrətinə son qoyuldu. Avtobuslar səhər saat 06:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola çıxdı. Bilet satışı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı […]