Gündəm

Agentliyin dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlara tibbi, hüquqi və psixoloji xidmətlər təşkil ediləcək

Sharing is caring!

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB fevral ayının 1-dən “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq. Həmçinin maarifləndirmə məqsədi ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün yaddaş kitabçası” da nəşr edilib layihə zamanı paylanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir